“Özyeğin Universiteti”nin təsisçisi Hüsnü Özyeğin, universitetin ilk məzunu olan 8 tələbəni öz xüsusi təyyarəsiylə İtaliyaya apardı.
Universitetdən AZXEBER.COM-a verilən məlumata görə, 2008-ci ildən fəaliyyətdə olan universitetin ilk məzunları üçün keçirdiyi bu cür aksiya Türkiyə mətbuatında geniş işiqlandırılıb. “Milliyet” qəzetinin yazdığı məlumata görə, universitetin rektoru Özyegin Fondu tərəfindən maliyyələşdirilən bu səfərin gələcəkdə bütün təhsil almış tələbələrə şamil ediləcəyini qeyd edib. Universitet rəhbəri ilk məzunlarını İtaliyaya aparmasının səbəbini də izah edib: “İtalyanın məndə çox xüsusi bir yeri var. Harvard Universitetində oxumağa gedərkən Venesiyada bir müddət qalmışdım. Bura mənim çox xoşuma gəlir və mən çalşıram ki, mənim ilk tələbələrim də İtaliyanın bu möcüzəli şəhərini görsünlər”.
300 milyon yatırım edən universitet...
Günlərinin çoxunu İstanbulda yeni inşa edilən “Özyegin Universiteti”nin kampında keçirdiyini söyləyən
Hüsnü Özyeğin Türkiyədəki təhsilə 300 milyon YTL yatırım qoyduqlarını söyləyib. O, universitetin tərkibində yeni ABŞ və Avropa standartlarına uyğun bir çox kampın salınacağını bildirib.
Məzunların iş problemi həll edildi...
Türkiyənin ən əhəmiyyətli məsələsinin təhsil olduğunu vurğulayan Hüsnü Özyeğin universitetin iş məsələsini tamamilə həll etdiyini söyləyib: “"Çin, Hindistan və Cənubi Koreya kimi iqtisadiyyatı inkişaf etmiş ölkələrə baxdıqda hamısının təhsil mövzusundan bizdən çox daha irəlidə olduqlarını görürük. Türkiyədə təhsil müddəti orta hesabla 6,5 ildir. Bizim ölkədə isə, son 10 ildə hər il orta hesabla 10 universitet açılıb. Yeganə universitet bizim universitetdirki öz tələbələrini tələbəlik illərində işlə təmin edir”.