Kimi Antonelli Formula 1 üzrə ABŞ Qran-Prisinin qalibi olub

Kimi Antonelli Formula 1 üzrə ABŞ Qran-Prisinin qalibi olub
İDMAN
05:08 26.10.2026
233
"Mercedes” komandasının italiyalı pilotu Kimi Antonelli Formula 1 üzrə dünya çempionatının ABŞ Qran-Prisinin qalibi olub.

Yarış ABŞ-nin Texas ştatının Ostin şəhərində keçirilib.

İlk üçlüyə "Ferrari” komandasının monakolu pilotu Şarl Lekler və "Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen də daxil olublar.

Yarışın növbəti mərhələsi oktyabrın 30-dan noyabrın 1-dək Meksikada keçiriləcək.
 
///azərtac///
OXŞAR XƏBƏRLƏR