Kimi dolayıb bunlar?!

Kimi dolayıb bunlar?!
Bütün Xəbərlər
19:46 09.08.2013
1241

Elşən Musayev

Məlum olduğu kimi artıq Mərkəzi seçki Kommisiyası qarşıdan gələn Prezident seçkilərinin tarixini müəyyən etdi:

Oktyabrın doqquzu... Və deyim ki, belə ərəfələrdə, yəni seçki qabağı həmişə görmüşük , ortalıqda siyasi həssaslıq olsun, rəqabət havası olsun, kənardan gözlə görünəcək xüsusi canlanma müşahidə edilsin və s ilaxır. Amma bu dəfə mənzərə tam fərqlidir. Ya da belə deyək, Azərbaycan iqtidarı günü gündən gücünü artırır, qarşı tərəfsə saat ba saat, anba an özünü bir az da daha rəzil və çıxılmaz duruma salmaqdadır...

***Əslində hər kəsin bilməsi gərəkən bir başqa həqiqət də var: Biz rəqiblərimizin üzərinə demək olar, getmirik. İnanın ki, getmirik! Çünki xırdalıqlara və təfsilata varmalı olsaq, ortalıqda deyiləsi çox şey var. Amma qarşı tərəf də paralel olaraq özünü elə aparır, boğazdan yuxarı pafosu elə üfürür, sanki yalan danışan bizlərik, doğruları söyləyən bunlar. Belə bir durumda isə əlahəzrət məntiq qulağımıza durmadan fısıldayır ki, artıq həmin insanların öz dili ilə danışın, onları öz dediklərini və yazdıqları ilə”yaxalayın”, bu binəvaların sadəcə və sadəcə özlərinə istinad edin...“Yeni Müsavat” qəzeti iyulun 30-da Tbilisidə,Milli Şuranın toplantısı çərçivəsində İsa Qəmbərlə Rüstəm İbrahimbəyov arasındakı görüşü görün hansı formada şərh edir: “Artıq bəllidir ki, İbrahimbəyovun vətəndaşlıq məsələsinin həlli Rusiya Prezidenti Putinin siyasi iradəsinə bağlı qalıb: ”Çünki onun özünə də Kremldən bu cür deyiblər, Putin istəməsə olmayacaq” Bir başqa tərəfdə isə “B” planı var. Həmin plan da özündə bu şərtləri ehtiva edir ki, İbrahimbəyovun vətəndaşlıq məsələsi bəlli müddətə qədər həllini tapmasa o sadəcə rəhbər statusunda qalacaq, namizədlik isə İsa Qəmbərin üzərinə dövr edəcək. Amma qəzetin yazdığına görə daha sonrakı məsləhətləşmələrdə Eldar Namazovun da iştirakı vəziyyəti tamamən dəyişir və belə qərara alınır ki, o da seçkiyə qatılsın. Elə bu səbəbdən də əlavə namizəd qismində təqdimat üçün Namazov Moskvaya getməli, İsa Qəmbərsə suyu süzülə-süzülə Bakiya qayıdıb sərt bəyənatlar verməli olur. (qeyd: son cümlə istinad deyil)Əslində nə deməkdir bu? Bu o deməkdir ki, İbrahimbəyovun vətəndaşlıq məsələsinin həllinə artıq kimsə inanmır. Hətta öz ətrafında olanlar belə! Bu vəziyyətdə Müsavat Başqanı fürsətdən istifadə edib özünü vahid namizəd kimi təsdiq etməyə çalışır, bir başqa tərəfdə isə İbrahimbəyov öz prinsipi - Eldar Namazovu irəli çıxarmaq istəyir,( çünki İsa Qəmbəri Milli şura daxilində sevməyən qüvvələrin kifayət qədər olduğunun fərqindədir) və s ilaxır.Amma bu məsələnin bir tərəfi. Əsas tərəf bilirsinizmi nədir? -Uzun müddət bağlı qalan kartların açılması. Bizlərin, ekspertlərin, mətbuatın nə zamandır söylədiyi fikiləri bu dəfə onların özlərinin təsdiq etməsi... Və ya bunlar artıq etiraf edir ki, bizim növbəti seçki marafonunda iştirakımız birbaşa Putinin siyasi iradəsindən asılıdır. Layihəsi olduğumuz Moskvadakı bəzi siyasi dairələrin mövqeyindən asılıdır. Əlqərəz biz müstəqil deyilik və oturub tapşırıq gözləyirik.Və ya, bir başqa məqam: Eldar Namazov öz müsahibəsində bildirir ki, Moskvaya səfəri zamanı Beynəlxalq Məsləhətçilər Qrupunun əməkdaşları ilə danışıqlar aparıb və həmin danışıqlardan son dərəcə məmnundur. Eyni zamanda bir eyham da vurulub ki, Milli Şura daha öncə yaranmalı idi. O zaman namizədin qeydiyyatı və ya pasport məsələsinin həlli də bu qədər problemlər yaratmazdı. Və nəhayət Namazov MSK-nın seçki tarixi ilə bağlı qərarına da toxunaraq bildirir ki, burda siyasi motiv var, tələsmə elementləri var, eyni zamanda müxalifəti çıxılmaz vəziyyətdə qoyma çabası var.Çox qəribədir deyilmi? Əvvəla ona görə ki, Milli Şuranın arxasında duran və ipi dartaraq burdakı əl oyuncaqlarını oynadan Rusiya dairələrini “Beynəlxalq Məsləhətçilər Qrupu”kimi qələmə verməklə Eldar Namazov insanları avam yerinə qoyur. Digər tərəfdən isə özü də etiraf edir ki, Milli Şura vaxtında, zamanında yaranmış bir təşkilat deyil və bu gün üçün də, sabah üçün də gözlə görünən bütün məğlubiyyətlərin baiskarl elə özləridir. Amma eyni zamanda həmin müsahibədən sonra bir adam da olsun ondan soruşmur ki, yaxşı bəs vətəndaşlıq məsələsi 6 ay müddətinə həll olunursa, o zaman MSK-nin seçkiləri bir həftə geri çəkməsi sizlər üçün görəsən hansı əhəmiyyətli fərqi özündə ehtiva edirmiş?Bir başqa tərəfdə isə İbrahimbəyov müsahibə verib iddia edir ki, hakimiyyət qorxuya düşüb və onun vahid namizədi olduğu Milli Şuradan ehtiyat edir. Ardinca da qəflətən siyasi meydana çıxmasından və Azərbaycan naminə dırnaqarası xidmətlərindən danışır.Və şəxsən mənə çox maraqlıdır: Görəsən bu insan öz dediyinə özü inanırmı? Və ya görəsən Azərbaycan hakimiyyəti ahıl çağında siyasətə qədəm qoyan, dord sot torpaq sahəsinə görə əqidəsini dəyişən bu səbatsız rejissordan nə deyib ehtiyatlanmalıdır?Nədir İbrahimbəyovun bu xalq qarşısındakı xidmətləri? Öz dediyinə görə”Ultimatum” filmini çəkib, guya 1989-cu ildə xalq hərəkatının fəalları təzyiqlərlə üzləşəndə onlara yardım edib, 20 Yanvar hadisələri ilə bağlı Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyində qərərgah yaradıb, SSRİ KQB-sindən yayınaraq Azərbaycanın mövqeyini işıqlandırmaq üçün Fransadan jurnalistlər gətirib, filan-feşməkan! Yaxşı bəs niyə o 20 yanvarla bağlı yaratdığın qərərgahdan sənin özündən başqa heç kimin xəbəri yoxdur?Evdəmi yaratmışdın, blokdamı, maşındamı yaratmışdın o qərərgahı? Hanı o mətbuat konfransları, hanı 20 Yanvarla bağlı SSSR-i hakimiyyətini, Qorbaçovu ittiham edən sənədlər? Fransalı jurnalistlərin Azərbaycana gəlməsindən niyə kimsə məlumatlı deyil? Ya da tutaq, gəliblərsə qayıdandan sonra nə yazıblar, nə iş görüblər? SSRİ KQB-si o qədərmi ağılsız idi ki, İbrahimbəyov ona kələk gələ bilirdi? Və ən nəhayət bu gün açıq şəkildə ermənilərə dayılıq edən birisinin vətənpərvərlikdən danışması ən azından bu millətə həqarət deyililmi?P.S. Kimi dolayıb bunlar, bizimi-özlərinimi?!...

OXŞAR XƏBƏRLƏR