AZXEBER.COM xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxtın bütün zonlarında yox, xüsusi ərazilər var ki, orada artım daha çox müşahidə edilir.
Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev hesab edir ki, bəzi investorlar artımı müşahidə etdikləri üçün həmin ərazilərdən mənzil alıb kirayə bazarına təklif edirlər. Xüsusi ilə "Ağ şəhər", Yusif Səfərov küçəsi ətrafı, Gənclik və Atatürk prospekti istiqaməti, eləcə də Xətainin bəzi hissələri bu baxımdan öndədir.
Ekspert deyir ki, qiymətlərin belə fərqli olması, ayrı-ayrı layihələr və ərazilər üzrə dəyişə bilər. İnvestisiya üçün seçim zamanı yalnız mənzilin bugünkü qiyməti deyil, həmin ərazidə gələcək dəyişikliklər də nəzərə alınır. Məsələn, Binəqədinin 8-ci mikrorayonu və dərnəgül istiqaməti daha münasib qiymətə əmlak almaq istəyənlər üçün alternativ kimi göstərilir. Burdan ev alanlar üçün də kirayə qiymətləri elə də stabil deyil.
Səbail rayonunun "Badamdar" qəsəbəsinin mərkəzi hissəsi və 3-cü massivin ətrafı ekologiyası, şəhər mənzərəsi və tıxaclardan nisbətən uzaq olması ilə seçilir ki, bu istiqamətdə də qiymətlərin 7-10% artımı var.
Ekspert onu da əlavə etdi ki, sadalanan ərazilərdən mənzil alanların gələcəkdə asan satmaq imkanı da böyükdür.











































