"Kişi etdiyi xəyanəti həyat yoldaşına bildirməməlidir" - VİDEO

"Kişi etdiyi xəyanəti həyat yoldaşına bildirməməlidir" - VİDEO
MAQAZİN
16:01 10.09.2020
3969
AZXEBER.COM-un "Qonağım ol" rubrikasının qonağı tanınmış müğənni Xatun Əliyevadır. 


 
- Sənətdə uğur əldə etsəniz də, ailə həyatınız bir o qədər uğurlu olmadı. Tək başına bir oğul övladı böyüdürsüz. Amma heç bir zaman efirdə təklikdən gileylənmədiz. Əlbətdəki elə məqam olub, ki, özünüzü təhna hiss edirsiniz?

- O qədər pozitiv insanam ki, yaşa dolduqca bunu daha da kəşf edirəm. Elə vəziyyətə düşsəm, ağlayıb, sızlamaq yox, əvəzinə çıxış yolu axtararam.  Belə olan hallarda insanlara olan sevgimlə vəziyyətdən çıxmışam.

Hərdən sakit insan görəndə darıxıram. Deyirəm necə belə sakit oturmusan. Hamı eləcə də sevdiyim insan da yanımda olsa ola bilər ki, özümü tənha hiss edə bilərəm. Yəni bunu sırf qarşı tərəfin üsdünə atıb, sevgilim və ya həyat yoldaşım yoxdur deyə bədbəxtəm demərəm.

- Parodiyalarınız da xalq tərəfindən sevildi. Düşünürsüzmü komediya janrında oynayan aktrisalardan daha bacarıqlısınız və aktrisa kimi fəaliyyət göstərəsiniz?

- Sözün düzü çox təklif gəlib. Mahnılarım sevilir deyə müğənniliyə üstünlük verirəm. Həm incəsənətdə, həm də dünyada ən birinci müğənnilik sənətidir. Bu sənətin də gəliri və reytinqi digər incəsənət növləri ilə müqayisədə daha üstündür. Bəzilərindən əlbəttə ki, yaxşı oynayıram. Çox sevdiyim aktrisalardan biri əməkdar artist Dilarə Əliyevadır.

- Övladınızı mətbuatdan və televiziyadan uzaq tutursunuz. Bunun səbəbi nədir?

- Oğlum Adil özü başqa təbiətə malik insandır. Ali təhsilin başa vurub, hərbi xidmətə yollandı. Əsgərlikdən sonra magistr təhsili almağa başlayacaq. Hərdən sosial şəbəkələrdə müəyyən şeylər qəlbimə dəyir. Mən xalqın önündəyəm, sosial şəbəkədə nə istəyirlər yazırlar, müəyyən qisminə nəzarət edirik. Elə yer var ki, orada nəzarət edə bilmirəm, cəfəngiyyat yazırlar. Elə insanam ki, məni müzakirə edirlər. Bəzən haqsız yerə müzakirə edirlər bu məni məyus edir.
Nə yaxşı ki, mən oğlumu bundan qorumuşam.

- Oğul anası oldunuz, qız anası olmağı necə arzu etmisiniz?

- Qız anası olmaq ən böyük arzum idi. Kimdə qız övladı varsa, maşallah deyirəm. Hərdən deyirəm bəxtəvərdir. Qardaşım Balaşın qızı onlandan sonra bu sevdamdan əl çəkdim.

- Açıqlamalarınızın birində demisiniz ki, sosial şəbəkə müğənnini adiləşdirir...
- Müəyyən şeylər var ki, deyirlər, çək qoy sosial media hesabına amma etmirəm. Məcburmuyuq ki, səhər yerimizdən duran kimi bahalı ətirlərimizi və səhər yeməklərimizi göstərək? Göstərmələrdən sonra karantin dövründə nələr eşitmədik. Tamaşaçı inanmalıdır ki, bunlar da normal insan kimi nəyəsə ehtiyacı ola bilər.

- Deyirlər ki, qadın xəyanəti bağışlasa adiləşər. Bəs sizcə qadın xəyanəti bağışlamalıdır?

- Yaradılışından kişilərdə bir xüsusiyyət var ki, onlar əlində olanla kifayətlənmirlər. Hətta Cennifer Lopez və İrina Şeyk kimi qadınlar aldadılıbsa, biz niyə aldadılmayaq? Kişi etdiyi xəyanəti həyat yoldaşına bildirməməlidir. Bir də xanımlar hiss etməlidir ki, artıq xəyanətin qoxusu gəlir. Tez özlərinə çəki düzən verməlidilər. Evdar xanmlara demək istəyirəm ki, siz yoldaşınızın baş tacısınız. Heç vaxt onu qısqanmayın .Ən əsasda onları dedi-qodu ilə bezdirməyin. Ailəli bəylər xəyanət etəslər belə hər zaman öz xanımlarını daha çox sevirlər. Bir var evləniləcək xanım, bir də var əyləniləcək xanım. Bunun adından hər şey bəllidir. Ailəli xanımlara demək istəyirəm ki, kişiləri bezdirməyin ki, gedib əylənsinlər. Onlar əyləndikcə xəyanət edirlər. Həyat yoldaşlarınız üçün savadlı və maraqlı olun.

Sosial şəbəkələr bu gün aktivdir. Orada açıq-saçıq xanım görüb qısqanırlar. Unutmayın ki, açıq geyinən və əl çatan heç vaxt dəyərli olmur. Bəylər nə istəyir etsin, evdəki xanımları müqəddəsdir. 

- Valideynlərinizin hər zaman sözünü eşidən bir övlad olmusunuz...

- Anam sosial şəbəkədə var, xoşagəlməz hal baş verəndə həmin dəqiqə görür. Təzə efirə çıxanda qısa geyinirdim, boyum da balacadır. Hər dəfə deyirdi ki, qısa geyinmə, sənə yaraşmır. Deyirdim hamı geyinir də (gülür).

- Karantin dönəmində bir çox məşhurlar Operativ Qərargahın qoyduğu qaydaları tənqid etdi. Bəs siz hansı bu haqda nə düşünürsünüz?

- Bu karantin bütün dünyada baş verdi. Karantində çox insanları tanıdım. Çıxıb ulduz kimi çıxış edənlər oldu. Ancaq bizim hər birimiz qoyulan qadağalara riayət edək, bu bizim borcumuzdur. 
 
Nazim Qasımzadə,
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc intihar etdi
19:40 17.09.2026
ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc intihar etdi
4 gün iş olmayacaq
19:10 17.09.2026
4 gün iş olmayacaq
İranda vurulan ABŞ-ın MQ-9 PUA-larının sayı 53-ə çatıb
18:47 17.09.2026
İranda vurulan ABŞ-ın MQ-9 PUA-larının sayı 53-ə çatıb
"Trabzonspor"a yeni baş məşqçi təyin olunub
18:35 17.09.2026
"Trabzonspor"a yeni baş məşqçi təyin olunub
Şoyqu: Moskva-Bakı münasibətlərindəki böhran həll olunub
18:23 17.09.2026
Şoyqu: Moskva-Bakı münasibətlərindəki böhran həll olunub
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
17:54 17.09.2026
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
İsmayıllı rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirildi - FOTOLAR
17:51 17.09.2026
İsmayıllı rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirildi - FOTOLAR
Motosiklet və moped oğurlayan bir qrup yeniyetmə saxlanıldı
17:43 17.09.2026
Motosiklet və moped oğurlayan bir qrup yeniyetmə saxlanıldı
ADNSU-nun PR rəhbəri beynəlxalq “Stevie” mükafatının finalçısı oldu
17:34 17.09.2026
ADNSU-nun PR rəhbəri beynəlxalq “Stevie” mükafatının finalçısı oldu
Goranboyda 22 yaşlı gənc oğlanın meyiti tapıldı
17:29 17.09.2026
Goranboyda 22 yaşlı gənc oğlanın meyiti tapıldı
"BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"
17:20 17.09.2026
"BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"
Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış oldu - FOTOLAR
17:14 17.09.2026
Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış oldu - FOTOLAR
Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir
17:03 17.09.2026
Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir
Tanınmış bloger “Əshabi-Kəhf” paylaşımına görə üzr İstədi - FOTO
16:55 17.09.2026
Tanınmış bloger “Əshabi-Kəhf” paylaşımına görə üzr İstədi - FOTO
"Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil"
16:37 17.09.2026
"Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil"
"Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"
16:32 17.09.2026
"Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"