“Kişi sevirsə, qadını əldə etmək üçün hər şeyi etməlidir” - DİLARƏ KAZIMOVA İLƏ ÖZƏL MÜSAHİBƏ - VİDEO

“Kişi sevirsə, qadını əldə etmək üçün hər şeyi etməlidir” - DİLARƏ KAZIMOVA İLƏ ÖZƏL MÜSAHİBƏ - VİDEO
MÜSAHİBƏ
13:28 15.02.2024
6235

"Özümə seksual deyə bilmərəm, amma insanları cəlb edirəm”.

"AZXEBER.COM"un "Gəl Danış” rubrikasının bu həftəki qonağı "Maska şou”nun qalibi, müğənni Dilarə Kazımovadır.

 


 

"Anam belə mənim o layihədə olmağımdan xəbərsiz idi”

- Necəsiz Dilarə xanım? "Maska şou”dan qalib kimi ayrılıb, amma hələ də "Canavar”ın təsiri altında yaşamaq necə bir hissdir?

- Çox yaxşıyam. Qalib olmaq çox gözəl duyğudur. Bir az xoşbəxtəm, bir az da kövrək. Belə böyük qalibiyyəti ilk dəfədir ki, yaşayıram.

- Yəni, 10 il sonra ədalət öz yerini tapdı?

- Bəli, elədir ki, var. Mən buna karma kimi baxıram. 2014-cü ildə "Avroviziya” yarışmasına gedəndə böyük ümidlərlə getmişdik. Onu deyə bilərəm ki, çox gözəl də çıxış etmişdik. O zamanlar məğlubiyyətin səbəbkarı biz deyildik. Mənə elə gəlir ki, illər sonra bunu sübut edə bildim, hər kəsə nəyə qadir olduğumu göstərdim. Çünki insanlar bu günə qədər mənim necə bir səsə, potensiala sahib olduğumu bilmirdilər. "Canavar” obrazı artıq mənim bir parçamdır. Onu əbədiləşdirməyi belə düşünürəm. Hazırda bədənimdə doqquz ədəd döymə var. Bu döymələrin onuncusu məhz canavar olacaq.

- Yarışmadan sonra həyatınızda nələr dəyişdi?

- Ətrafımdan, izləyicilərimdən o qədər pozitiv, gözəl sözlər eşidirəm ki... Demək olar ki, hər gün bu mükəmməl hissləri yaşadığım üçün şükr edirəm. İzləyicilərim mənə ədalətin yerini tapdığını deyəndə çox böyük təskinlik tapıram. Düşünürəm ki, nəhayət özümü isbatladım. Çünki o məğlubiyyət mənim günahım deyildi. Biz ikimiz - mən və canavar hər şeyi sonunda sübut etdik.

- Belə bir layihədə sona qədər qalmaq və eyni zamanda kim olduğunu hər kəsdən gizlədə bilmək də böyük istedad tələb edir.

- İnanın ki, anam belə mənim o layihədə olmağımdan xəbərsiz idi. Ən yaxınlarıma da deməmişdim. Çünki biz gizlilik şərtlərini qəbul edərək müqavilə imzalamışdıq. Orada özümü o qədər dəyişmişdim ki, hətta mühafizə xidmətindəki əməkdaşlar belə canavarı kişi hesab edirdilər. Bu obrazın yerişi, duruşu, hərəkətləri tam bir-birini tamamlayırdı. Əvvəldən mənə bir neçə maskanın obrazını göstərmişdilər. Amma mən ilk baxışdan dedim ki, canavar olacağam.

- Bu qədər canavardan həvəslə danışırsınız. Onda deyə bilərik ki, Dilarə özünü canavarda tapdı?

- Mən özüm də bilmirdim ki, içimdə bir canavar var. O canavara mənə məni tanıtdığı üçün çox minnətdaram. Onun sayəsində özümü kəşf etdim. Sona qədər bu obrazda mübarizə apardım.

"Kişi sevirsə, qadını əldə etmək üçün hər şeyi etməlidir”

- Kənardan sərt görünən bir duruşunuz var. Bəlkə də qarşı cins sizə yaxınlaşmaqda elə buna görə tərəddüd edir...

- Onlar maskanı çıxardandan sonra gördükləri Dilarəyə baxsınlar. Həmişə istəmişəm ki, necə varamsa insanlar da məni elə tanısın. Müxtəlif obrazlara bürünə bilərik, amma sonda maska çıxanda görünən şəxs biz özümüzük. Qarşı cinsin şansı isə, hər zaman var. Məncə, bir kişi üçün mümkünsüz deyə bir şey olmamalıdır. Əgər kişi bir qadını sevirsə, onu əldə etmək üçün hər şeyi edəcək və ya etməlidir. Kişi ən birinci özünə inanmalıdır.

- Dilarə həyatda maskalanmağı bacarır?

- Maska taxmamağa üstünlük verirəm. Amma insan bəzən qarşı tərəfə hisslərini çox da açıq-aşkar göstərməməlidir. Məsələn, kimdənsə xoşun gəlməyə bilər, sevməyə bilərsən, amma onu göstərməmək daha məsləhətlidir. Bəzi durumlarda digər insanlar kimi həqiqəti deməkdən çəkinə bilərəm.

- Şouda sizdən başqa sənət dostlarınız da fərqli maskalar altında çıxış edirdi və sona Eldar Qasımovla siz qaldınız. Qalib Eldar olsa idi, qısqanclıq hissi olacaqdı?

- Hər maskanın çıxışını çox bəyənirdim. Hər birinə də dəstək idim. Kim qalib olsa idi mən də onu təbrik edərdim, dəstək olardım. Çünki burada böyük zəhmət var.

"Ana olmaq sonranın işidir, hazırda 3 itə baxıram”

- Dilarə gələcəkdə necə bir ana olacaq?

- Mənim dostlarım hər zaman deyir ki, sən çox gözəl ana olacaqsan. Onlar da məndən tezliklə ana olmağımı gözləyirlər. Düşünürəm ki, hələ zamanı deyil. Çünki ilk öncə bunun üçün insan olmalıdır, biz bir-birimizi tanımalıyıq, sevməliyik. Ana olmaq daha sonranın işidir. Hazırda 3 itim var, onlara övladım kimi baxıram.

- Sizdə ən çox sevdiyim cəhət, plastik əməliyyatlardan uzaq olmağınızdır. İnsanların plastik əməliyyatları ilə gündəm olmalarına necə baxırsız?

-Mən plastik əməliyyat etdirməyi çox istəyirəm. Çünki mənim burun kompleksim var. Bəzən elətdirmək istəyirəm, ancaq qorxduğum üçün çəkinirəm. Bu reallıqdır. Biz ildən-ilə yaşlanırıq və düşünürəm ki, bir neçə il sonra mən də əməliyyat etməli olacağam. İndi ehtiyac duymuram. Çünki tamaşaçı məni belə qəbul edib. İndi burnumu dəyişsəm, şarmımı itirəcəyəm. Məsləhətim də budur ki, əgər böyük problemlərimiz yoxdursa, abartılı şəkildə əməliyyatlar etməyin. İndi bütün insanlar bir-birilərinə bənzəyirlər.

"Özümə seksual deyə bilmərəm, amma insanları cəlb edirəm”

- Dilara cazibədar, yoxsa seksual qadındır?

- Özüm haqqında seksualam demək xoş olmaz. Amma xarizmatikəm. Harasa girəndə dönüb mənə baxırlar. Yəni insanları cəlb edə bilirəm. Heç zaman da özümdən razı deyiləm. Amma bu reallığı qəbul etmək lazımdır ki, maskadan sonra məni tanımayanlar belə artıq tanıyır və hər kəs maraqla mənə baxır. İnsanlar yaxınlaşanda, xoş sözlər deyəndə, şəkil çəkdirəndə çox xoşbəxt oluram.

- Azərbaycan şou-biznesində kiminlə duet etmək arzunuz var?

- Birmənalı olaraq Faiq Ağayevlə. Planımızda da var, danışmışıq. Hazırda mahnı axdarışındayıq.

- Bu günkü Dilarənin geriyə dönmək şansı olsa idi, uşaqlığındakı qıza nə demək istəyərdi?

- Mən ilk öncə o Dilarəyə sarılardım. Çünki o 12 yaşında atasını itirən Dilarədir. Ona deyərdim ki, hər nə qədər çətin olsa da, özündən şübhə etmə. Öz yolunu seç və irəli get. O zaman hər şeyə nail olacaqsan. Atam mənim konservatoriyada oxumağımı çox arzulayırdı. Hətda psixologiyada da belə bir qayda var ki, insan bir zaman sonra özünə məktub yazmalıdır. Mən də atama məktub yazmağa başladım. Düşünürəm ki, hazırki uğurumdan sonra o məktub bitəcək. Bu layihə boyu mən atamı və Allahı öz yanımda hiss edirdim. Sanki kimsə mənim qolumdan tutub qaldırırdı. Nə olur olsun, bir gün hər şeyin yaxşı olacağına inanmaq lazımdır. Hər birimizin içində bir canavar var. Sadəcə onu oyatmaq lazımdır ki, o da sizinlə birlikdə savaşsın.

- Görürəm, gözləriniz doldu, kövrəldiniz. Amma bu hisslər də həyatımızın bir parçasıdır...

- Ağlamamaq üçün özümü güclə saxlayıram. Ümumiyyətlə çox duyğusal insanam. İnanın ki, bu qalibiyyət mənim üçün vacib idi. Bir ara ümidsizliyə qapıldım, dedim yenə də 3-cü, 4-cü yeri tutacaqsan. Amma ədalət öz yerini tapdı.

- Sonda demək istəyirəm ki, siz bütün gözəl rəylərə də, hisslərə də layiqsiniz. İnşallah ki, uğurlarınız davamlı olacaq və biz sizi bundan da böyük səhnələrdə qalib kimi görəcəyik...

- Bu sözləri eşitmək çox xoşdur. Həm sizdən, həm də sevənlərimdən.

- Həyatda heçnə səbəbsiz olmur, heçnə cavabsız qalmır. Karmanın gücü böyükdür...

- Bu fikrə qatılıram. Bu fikri qalibiyyətimdən sonra daha çox hiss etdim. Mənim üçün elə-belə, sıradan bir qalibiyyət deyildi. Bu o deməkdir ki, sənətini sev, ona diqqətlə yanaş, üzərində işlə və istədiyin hər şey sənin olacaq. İnanın ki, heç kimə söz atmadan, heç kimlə dalaşmadan da bu yolda uğur qazanmaq olar.

- Dilarə xanım, bütün səmimiyyətinizlə suallarımızı cavablandırdığınıza görə sizə təşəkkür edirəm.

- Mən təşəkkür edirəm. Siz sağ olun.

 

Aysel Hacızadə

Həsən Quliyev

 

 



 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı
23:15 03.11.2026
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:05 03.11.2026
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
Ermənistanda zəncirvari yol qəzasında 8 nəfər ölüb
22:56 03.11.2026
Ermənistanda zəncirvari yol qəzasında 8 nəfər ölüb
Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı
22:43 03.11.2026
Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı
Zelenski Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələrinin görüşünü elan edib
22:37 03.11.2026
Zelenski Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələrinin görüşünü elan edib
"Turan" komandası CEV Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
22:30 03.11.2026
"Turan" komandası CEV Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər
22:22 03.11.2026
Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər
Tramp üçün çətin siyasi sınaq: Seçkiləri uduzsa, hansı addımı atacaq?
22:11 03.11.2026
Tramp üçün çətin siyasi sınaq: Seçkiləri uduzsa, hansı addımı atacaq?
“Məzunlarımız işsizdir, amma xarici mütəxəssislərə ehtiyac duyulur” – Deputat
21:55 03.11.2026
“Məzunlarımız işsizdir, amma xarici mütəxəssislərə ehtiyac duyulur” – Deputat
Sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
21:54 03.11.2026
Sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
Avropada yeddi təyyarədə axtarış aparıldı
21:49 03.11.2026
Avropada yeddi təyyarədə axtarış aparıldı
Kobaxidze: Avropa bürokratiyası suverenlik, demokratiya və qanunun aliliyinə qarşı çıxır
21:41 03.11.2026
Kobaxidze: Avropa bürokratiyası suverenlik, demokratiya və qanunun aliliyinə qarşı çıxır
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:34 03.11.2026
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
21:26 03.11.2026
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
Rusiyada Ermənistana qarşı gizli plan hazırlanıb – Paşinyan
21:21 03.11.2026
Rusiyada Ermənistana qarşı gizli plan hazırlanıb – Paşinyan
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
21:14 03.11.2026
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı