KİV: ər-Riyad hava limanına hücum nəticəsində təxminən 50 nəfər xəsarət alıb

KİV: ər-Riyad hava limanına hücum nəticəsində təxminən 50 nəfər xəsarət alıb
DÜNYA
05:26 11.10.2026
171
Səudiyyə Ərəbistanının paytaxtındakı Kral Xalid Beynəlxalq Hava Limanına raket zərbəsi endirilməsindən sonra yaxınlıqdakı xəstəxanaya təxminən 50 yaralı yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti kritikdir.

Bu barədə "Financial Times” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, ər-Riyadın ən böyük xəstəxanalarında fövqəladə vəziyyət elan edilib. Qəzetin yazdığına görə, raketin hava limanının terminallarından birinə düşməsi səbəbilə tibb işçiləri yaralıların təxliyəsini həyata keçiriblər.

Bundan əvvəl "Reuters" şahidlərə istinadən hava limanı yaxınlığında güclü partlayış baş verdiyini bildirib.

Qeyd edək ki, ər-Riyad Beynəlxalq Hava Limanının oktyabrın 11-də günün sonunadək bağlı qalacağı gözlənilir.
 
///apa.az///
OXŞAR XƏBƏRLƏR