KİV Fondu yeni jurnalist müsabiqəsi elan etdi

KİV Fondu yeni jurnalist müsabiqəsi elan etdi
MARAQLI
02:17 20.11.2011
1597

Noyabrın 18-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələri nin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçi­rilib. FonddanModern.az-a bildirilib ki, iclasda bir məsələ - Dünya Azərbaycanlılarının Həm rəyliyi Günü və Yeni il münasi bətilə qurumun növbəti fərdi jurnalist yazıları müsa bi­qəsi nin elanı müzakirə olun ub.

Müşa hidə Şurasının üzvləri müsabiqə ilə bağlı mövzuları müzakirə edib, fikir və mülahizələrini söyləyiblər. Müzakirələrin yekunu kimi Kütləvi İnfor ma siya Vasitə lərinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 10 isti qamət üzrə 30 mövzu müəyyənləşdirilibr. Müsa bi qə nin 2011-ci il 19 noyabr tarix dən 20 dekabr 2011-ci il tarixə dək keçiril məsi qə ra ra alınıb.

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentlikləri) fasiləsiz işləyən şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

1. Yazı Fond tərəfindən elan edilmiş mövzulardan birinə uyğun olmalıdır (dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzularla eyni olmalıdır).

2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

3. Yazı son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.

4. Yazı Azərbaycan dilində dərc olunmalıdır (xarici dildə nəşr olunan mətbuat orqanlarında dərc edilmiş yazılar Azərbaycan dilinə tərcümə olunmuş şəkildə Fonda təqdim edilməlidir).

5. Yazıda "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.

Region mətbuatında çalışan jurnalistlər öz yazılarını işlədiyi region mətbuatında və qaydalarda nəzərdə tutulan digər mətbu orqanlarda dərc edə bilərlər.

Tələb olunan sənədlər:1. Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti.2. Şəxsi VÖEN və surəti.3. Şəxsi bank rekvizitləri.

Müsabiqəyə təqdim olunmuş yazıların qiymətləndirmə meyarları:

- mövzuların əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;- ictimai maraqların müdafiəsi.

Hər istiqamət üzrə 2 qalib müəyyən edilir.

Hər mövzu üzrə maksimum 50 bal müəyyən olunur. 30-dan aşağı bal toplayan iştirakçı qalib ola bilməz.

Qaliblər Fondun xüsusi diplomu və 1000 (bir min) manat məbləğində pul mükafatı ilə təltif olunacaqlar.

Yazılar və sənədlər 2011-ci il noyabrın 19-dan dekabrın 20-dək rəsmi iş günləri saat 10.00-dan 16.00-dək Fonda şəxsən təqdim olunmalıdır. Nəticələr dekabrın 30 -dək elan ediləcək.

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fərdi jurnalist yazılarının müsabiqəsinin elanını:

№

İstiqamətlər

Təklif olunan mövzular

1

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

1) Mətbuat azadlığı və hüquqi dövlət quruculuğu

2) Fikir, söz və məlumat azadlığı demokratik idarəetmənin, şəffaflıq və hesabat lılığın mühüm şərtidir

3) Mətbuat azadlığı və jurnalistin məsuliyyəti

2

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haq qın da həqi­qət lərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın haqlı möv qe yinin müdafiə edilməsi

1) Beynəlxalq hüquq prinsipləri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ mü naqişəsi

2) Ermənistan separatçılığı, soyqırımı və terrorizmi dəstəkləyən işğalçı dövlətdir

3) Qaçqın və məcburi köçkün faktorunun beynəlxalq ictimaiyyətə çat dırılması

3

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

1) Regionların inkişafı iqtisadiyyatın davamlılığının və tarazlılığının mühüm şərti­dir

2) Regionların inkişafında azad sahibkarlığın rolu

3) Abadlıq və quruculuğun yeni ünvanı (konkret bir rayonun nümu nəsi)

4

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mə­də niy yətinin təbliği

1) Müasir Azərbaycan 20 ildə: tam müstəqil siyasət yeridən dövlət

2) Qloballaşma dövründə milli-mədəni dəyərlərin və adət-ənənə lə rin yad təsir­lərdən qorunması zərurəti

3) 2011-ci il «Turizm ili»dir: Azərbaycanı tanıyaq, Azərbaycanı tanıdaq

5

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

1) Azərbaycan gənclər siyasətinin uğurları

2) İdman fiziki və mənəvi sağlamlığın əsasıdır

3) Bayrağımızı ucaldan idmançılarımız

6

İctimai və dövlət maraqlarının qorunması

1) İctimai təfəkkürdə milli maraq anlayışı

2) Dövlət maraqlarının müdafiəsi və vətəndaşlıq təəssübü

3) Milli həmrəylik formulu: müasir və qüdrətli Azərbaycan naminə

7

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkə ləri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdi­ril məsi

1) Müstəqil Azərbaycanın xarici siyasəti: əsas hədəflər və nailiyyətlər

2) Azərbaycan qlobal enerji və kommunikasiya layihələrinin əsas təşəbbüskarı kimi

3) Beynəlxalq təşkilatlarda milli maraq və mənafeyini təmin edən dövlət

8

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

1) azərbaycançılıq ideologiyası milli həmrəyliyin təməl prinsipi kimi

2) Azərbaycanlıları birləşdirən dəyərlər: Fəxr edirəm ki, azərbaycanlıyam!

3) Diaspor və lobbiçilik: dünyada səsim var mənim

9

Hüquqi dövlət və vətəndaş cəmiyyəti, quruculuğu

1) İnsan hüquqlarının təminatı Azərbaycan dövlətinin ali məqsədidir

2) Vətəndaş cəmiyyəti quruculuğu prosesində medianın rolu

3) İnsan hüquqlarının təmin olunmasına xidmət edən demokratik məhkəmə-hüquq islahatları

10

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

1) Möhkəm ailə sağlam cəmiyyətin təməlidir

2) Ailə dəyərləri və media

3) Məişət zorakılığı sosial problem kimi

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
23:26 04.11.2026
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Belqorodda Ukrayna PUA-sının mikroavtobusa hücumu nəticəsində 3 nəfər ölüb
23:04 04.11.2026
Belqorodda Ukrayna PUA-sının mikroavtobusa hücumu nəticəsində 3 nəfər ölüb
UEFA Çempionlar Liqası: "Vikinq" və "Sabah" komandalarının start heyətləri açıqlanıb
23:00 04.11.2026
UEFA Çempionlar Liqası: "Vikinq" və "Sabah" komandalarının start heyətləri açıqlanıb
Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
22:50 04.11.2026
Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
22:44 04.11.2026
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
Tramp İrana qarşı 1979-cu ildə tətbiq edilən sanksiyaları daha bir il uzadıb
22:33 04.11.2026
Tramp İrana qarşı 1979-cu ildə tətbiq edilən sanksiyaları daha bir il uzadıb
Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
22:24 04.11.2026
Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
22:14 04.11.2026
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib
22:04 04.11.2026
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
21:58 04.11.2026
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:48 04.11.2026
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
Yol vergisindən daxilolmalar azalacaq
21:39 04.11.2026
Yol vergisindən daxilolmalar azalacaq
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
21:31 04.11.2026
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı
21:22 04.11.2026
Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
21:13 04.11.2026
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
Batrakovun sosial şəbəkə izləyiciləri "Qalatasaray"a keçdikdən sonra 11 dəfə artıb
21:10 04.11.2026
Batrakovun sosial şəbəkə izləyiciləri "Qalatasaray"a keçdikdən sonra 11 dəfə artıb