Artıq çəkili insanlar arıqlara nisbətən çox yaşayırlar. Bu amerikalı tədqiqatçıların uzunmüddətli araşdırmaları nəticəsində məlum olub.AZXEBER.COM-un kp.ru saytına istinadən verdiyi məlumata görə, bunun bir neçə izahı var.Birincisi odur ki, onlarda yağ ehtiyyatı toplanır ki, bu da qocalma prosesində çəki itən zaman köməyə gəlir. Həm də artıq çəkili insanlar həkimə daha tez-tez müraciət edirlər və orqanizmdə hər hansı dəyişiklik olduqda o aşkar edilərək müalicə olunur.O da sübut olunub ki, artıq çəkidən əziyyət çəkən insanlar daha çox idmanla məşğul olurlar və daha düzgün qidalanmaya çalışırlar.