“Kökümüzə Qayıdış” – Şəhid qızları at üstündə Zəfər yürüşündə - VİDEO

“Kökümüzə Qayıdış” – Şəhid qızları at üstündə Zəfər yürüşündə - VİDEO
SOSİAL
12:26 27.11.2026
56
"Kökümüzə Qayıdış” layihəsi çərçivəsində şəhid qızlarının iştirakı ilə Zəfər yürüşü keçirilib. Milli geyimdə, at üstündə gerçəkləşən yürüş Azərbaycan qadınının qürurlu, cəsarətli və köklərinə bağlı obrazını nümayiş etdirib.

Yürüşdə şəhid general Polad Həşimovun, şəhid mayor Asiman Əliyevin, şəhid baş gizir Camal İsmayılovun, şəhid polkovnik- leytenant Əkrəm Şadmanovun, şəhid kapitan Nəcəf Şikarovun və şəhid baş gizir Oktay Bədəlovun qızları ilə yanaşı, dövlət qurumları, mediya  nümayəndələri və ictimai fəal xanımlar  iştirak ediblər.

Layihənin əsas məqsədi şəhid qızlarına mənəvi dəstək olmaq, onların yanında olduğumuzu hiss etdirmək, milli irsimizi, adət-ənənələrimizi və Azərbaycan xanımının tarixi obrazını yaşatmaqdır. Milli geyimdə at üstündə canlandırılan Azərbaycan qadını obrazı yürüşün əsas ideyasını özündə əks etdirib.

Layihənin rəhbəri, xalq qəhrəmanları Qaçaq Nəbi və Həcər xanımın kötücəsi Həcər Əkbərova bildirib ki, bu təşəbbüs şəhid qızlarına sevgi, diqqət və mənəvi güc verməklə yanaşı, milli kimliyimizə və köklərimizə bağlılığı ifadə edir.

"Kökümüzə Qayıdış” yalnız bir yürüş deyil, tariximizə, milli dəyərlərimizə və Azərbaycan qadınının qəhrəmanlıq ənənəsinə qayıdışın ifadəsidir. Bu təşəbbüs şəhidlərimizin bizə əmanət etdiyi dəyərlərin birlik, sevgi və yaşadılan ənənələrlə gələcək nəsillərə ötürülməsinə xidmət edir.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Azərbaycan daşıyıcısını müflis etmək istəyirsiniz?” – TIR sürücüsünün komitə rəhbərinə müraciəti - VİDEO
12:27 27.11.2026
“Azərbaycan daşıyıcısını müflis etmək istəyirsiniz?” – TIR sürücüsünün komitə rəhbərinə müraciəti - VİDEO
“Kökümüzə Qayıdış” – Şəhid qızları at üstündə Zəfər yürüşündə - VİDEO
12:26 27.11.2026
“Kökümüzə Qayıdış” – Şəhid qızları at üstündə Zəfər yürüşündə - VİDEO
“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq
12:23 27.11.2026
“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq
Fira Cəlilovadan açıqlama: “Mənim evimdə, həyətimdə cinayətkar olmayıb”
12:11 27.11.2026
Fira Cəlilovadan açıqlama: “Mənim evimdə, həyətimdə cinayətkar olmayıb”
Prokurorluq nümayəndələri konfransda - FOTOLAR
12:10 27.11.2026
Prokurorluq nümayəndələri konfransda - FOTOLAR
Maaş artır, amma dolanışıq çətinləşir – SƏBƏB
11:53 27.11.2026
Maaş artır, amma dolanışıq çətinləşir – SƏBƏB
Məleykə Abbaszadə tələbələrin şikayətini nəzarətə götürdü
11:46 27.11.2026
Məleykə Abbaszadə tələbələrin şikayətini nəzarətə götürdü
Müəllimlərin pensiya yaşı 70-ə qaldırılsın - Deputatdan təklif
11:25 27.11.2026
Müəllimlərin pensiya yaşı 70-ə qaldırılsın - Deputatdan təklif
Milli Məclisin iclası başlayıb
11:14 27.11.2026
Milli Məclisin iclası başlayıb
İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
11:05 27.11.2026
İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
Unibank X Beynəlxalq Bankçılıq Forumunun tərəfdaşı olub
10:39 27.11.2026
Unibank X Beynəlxalq Bankçılıq Forumunun tərəfdaşı olub
Qaradağda yük maşınları toqquşdu - sürücü öldü
10:37 27.11.2026
Qaradağda yük maşınları toqquşdu - sürücü öldü
Adı generalın qızı ilə məhkəmə işində hallanan vəzifəli şəxs işdən çıxarıldı
10:23 27.11.2026
Adı generalın qızı ilə məhkəmə işində hallanan vəzifəli şəxs işdən çıxarıldı
Fira Cəlilovanın evində tutulan şəxslə bağlı TƏFƏRRÜAT
10:02 27.11.2026
Fira Cəlilovanın evində tutulan şəxslə bağlı TƏFƏRRÜAT
6 yaşlı uşaq faciəvi şəkildə öldü
09:53 27.11.2026
6 yaşlı uşaq faciəvi şəkildə öldü
Azərbaycana gələn Rusiya vətəndaşlarına - MÜRACİƏT
09:46 27.11.2026
Azərbaycana gələn Rusiya vətəndaşlarına - MÜRACİƏT