Klublarımız çempionatın bərpası ilə bağlı razılığa gəldi

İDMAN
15:23 14.05.2020
526
AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında iclası keçirilib.

AZXEBER.COM-un milli assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, Peşəkar Futbol Liqası (PFL) və Premyer Liqa klubları rəsmilərinin də qatıldıqları iclasda əvvəlcə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov çıxış edib. O, toplantının keçirilmə qaydaları və müzakirə olunacaq məsələlər barədə danışıb. 

E.Məmmədov qeyd edib ki, COVID-19 pandemiyası ilə əlaqədar stadionların və digər idman qurğularının dezinfeksiya olunması, çempionat bərpa olunacağı təqdirdə, oyunlarda əvəzetmə sayının müəyyənləşdirilməsi, futbolçuların müqavilə müddəti və icarə əsasında çıxış edən oyunçularla bağlı suallara aydınlıq gətirilməsi, kubok oyunlarının təqvimi və uşaq liqalarında oyunların keçirilib-keçirilməyəcəyi əsas müzakirə mövzusu olan məsələlərdir. 

Sonra PFL-in texniki idman şöbəsinin rəisi Elgiz Abbasov klubların məşqə başlayacağı təqdirdə ölkə çempionatının hansı tarixlərdə bərpa olunacağı ilə bağlı mümkün variantlar barədə məlumat verib. 

Cari mövsümün hələ ki başa çatmaması və yekun turnir cədvəlinin olmaması nəzərə alınaraq, klub nümayəndələri klubların adının əlifba sırasına uyğun qaydada çıxış edib. Müvafiq olaraq, "Keşlə”, "Qarabağ”, "Qəbələ”, "Neftçi”, "Sabah”, "Səbail”, "Sumqayıt” və "Zirə” klubunun rəsmiləri müzakirə olunan məsələlər barədə fikirlərini bildirib, onları maraqlandıran sualları səsləndiriblər. Bütün klubların nümayəndələri stadion və bazalarda müvafiq dezinfeksiya işlərinin aparıldığını bildirib. Çempionat oyunlarında 3 fasilə olmaq şərtilə 5 əvəzləmənin həyata keçirilməsi təklifi bütün klublar tərəfindən dəstəkləndiyi üçün məsələnin İcraiyyə Komitəsinin növbəti iclasında gündəliyə daxil olunması qərara alınıb. 

Kubok oyunlarının təqviminin dəqiqləşdirilməsi üçün Premyer Liqanın mümkün bərpa tarixinin gözlənilməsi barədə razılıq əldə olunub. I Divizion və uşaq liqalarında oyunların keçirilməsi məsələsinə aydınlıq gətirilməsi COVID-19 pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimi və Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarına əsasən tənzimlənəcək.

Premyer Liqa klublarının məşqçi və oyunçu heyətinin koronavirus testindən keçirilməsi ilə bağlı AFFA-nın tövsiyəsinə cavab olaraq, bütün klublar bildirib ki, artıq proses başlayıb və davam edir.

İcraçı vitse-prezident Elxan Məmmədov testlərin keçirilməsi üçün hər bir Premyer Klubuna AFFA tərəfindən maliyyə yardımı göstəriləcəyini və müvafiq vəsaitin mayın 15-də klubların hesabına köçürüləcəyini bildirib.

Premyer Liqa klublarının rəsmiləri Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun, müvafiq tibbi təlimatlara riayət olunmaqla çempionatın bərpası ilə bağlı AFFA və PFL-in təkliflərini dəstəklədiklərini qeyd ediblər.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:14 05.06.2020

"Parni iz Baku"nun aktyoru vəfat etdi — FOTO

17:06 05.06.2020

"Cümə günü də tam məhdudiyyətlər tətbiq edilsin" - Baş infeksionist

17:05 05.06.2020

Kürdə 18 yaşlı oğlan batıb

16:20 05.06.2020

Region qeydiyyatında olanlar rayonlara getsə, Bakıya qayıda bilməyəcəklər - RƏSMİ AÇIQLAMA

16:11 05.06.2020

“Brent” neftinin qiyməti 41 dolları ötdü

16:09 05.06.2020

Harda qalacağınıza bu gün qərar verin - Sabahdan bağ evinə getməyə icazə yoxdur - RƏSMİ

15:44 05.06.2020

Təhsil haqqı ilə bağlı tələbələrə müraciət

15:27 05.06.2020

DİN-dən marketlər və ticarət obyektləri ilə bağlı RƏSMİ AÇIQLAMA

15:14 05.06.2020

Dağıstanda 6 Azərbaycan vətəndaşı koronavirusa yoluxub

14:56 05.06.2020

“Nar” Müştəri Xidməti sərt karantin rejimi müddətində abunəçilərinə xidmət göstərməkdə davam edəcək

14:42 05.06.2020

DSX erməni yalanını ifşa etdi: “Sərhəd-döyüş mövqelərimizi irəli çəkmişik”

14:24 05.06.2020

Ölü at ətini Bakıdakı iaşə obyektlərinə satan şəxslər həbs edildi - FOTO

14:05 05.06.2020

FHN-dən çimərliklərlə bağlı xəbərdarlıq

13:55 05.06.2020

Azərbaycan korrupsiyaya qarşı mübarizədə MDB məkanında birinci yerdədir

13:42 05.06.2020

"Azəriqaz"dan smart-kart tipli sayğacları olanlara xəbərdarlıq - Qazsız qala bilərsiniz

13:21 05.06.2020

İki günlük qadağada zibil də atmaq olmaz - Rəsmi