“Könüllülər İli” mövzusunda beynəlxalq konfrans keçirilib - FOTO

GƏNCLİK
14:22 08.12.2020
863

7 dekabr 2020-ci il tarixində Azərbaycan, Qazaxıstan, Özbəkistan, Rusiya və Qırğızıstanın könüllü təşkilatlarının nümayəndələrinin iştirakı ilə beynəlxalq konfrans keçirilib. ZOOM və YouTube platformaları üzərindən yayımlanan konfransda Azərbaycan və Qazaxıstanda "Könüllülər İli”nin yekunu ilə bağlı aktual məsələlər müzakirə edilib.

AZXEBER.COM xəbər verir kli, görüş zamanı həm Azərbaycan, həm də Qazaxıstanda milli könüllülük hərəkatının inkişafı və koronavirus pandemiyasının yayılmasına qarşı həyata keçirilən tədbirlərdə könüllülərin xüsusi dəstəyi vurğulanıb. Qeyd edilib ki, könüllülər nümunəvi həmrəylik və birlik nümayiş etdirməklə "COVID-19”a qarşı mübarizədə əhəmiyyətli rol oynayıblar.

Plenar və müzakirə sessiyalarından ibarət olan konfransda Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Tural Hümbətov, baş katib Emiliya Bayramova və idarə heyətinin üzvü Kamran Əliyev "Beynəlxalq təcrübədə COVID-19”, "IT texnologiyalarının könüllülük sahəsində tətbiqi (veb saytlar, mobil tətbiqlər və s.)” və "Qanunvericilikdə könüllülük”, "Könüllülüyə dəstək” mövzuları ətrafında müzakirələrdə iştirak edərək öz təcrübələrini bölüşüblər.

 

Çıxışlar zamanı dünyanı bürümüş pandemiya ilə mübarizə məqsədilə Azərbaycan Könüllü Təşkilatları İttifaqında birləşən könüllülərin fəaliyyəti, ölkəmizdə könüllülük hərəkatının inkişafının başlanğıcı hesab edilən ASAN könüllüləri haqqında, Azərbaycan könüllülərinin vahid elektron portalı konullu.az, həmçinin gənclər üçün müxtəlif imkanları özündə cəmləşdirən "GencApp” mobil tətbiqi barədə ətraflı məlumat verilib, ölkəmizdə könüllülük sahəsində fəaliyyətin "Könüllü fəaliyyət haqqında” qanunla tənzimləndiyi vurğulanıb.

Xatırladaq ki, 2 dekabr 2020-ci il tarixində Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Qazaxıstanın "Milli Könüllülük Şəbəkəsi” (National Volunteering Network) arasında ölkələrin davamlı inkişaf hədəflərinin həllinə istiqamətlənən ortaq könüllü proqramları və layihələrinin həyata keçirilməsi məqsədilə saziş imzalanıb.

 






OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir