19:26 Cümə Axşamı, 20 Fevral 2020
GƏNCLİK

“Könüllülər Yurdu –Azərbaycan” layihəsinin bağlanış mərasimi keçirildi - FOTOLAR

17:49, 27.01.20204771
“Könüllülər Yurdu –Azərbaycan” layihəsinin bağlanış mərasimi keçirildi - FOTOLAR
Bakı Konqres Mərkəzində "Könüllülər Yurdu –Azərbaycan” layihəsinin bağlanış mərasimi keçirilib.

AZXEBER.COM xəbər verir ki, "Könüllülər Yurdu – Azərbaycan” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Gənclər Fondu, "ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Layihənin məqsədi region gəncləri arasında könüllülüyün təbliği, onların asudə vaxtlarını daha düzgün qiymətləndirmələri istiqamətində təbliğat, gənclərin fərdi və intellektual inkişafına təkan verilməsi, mövcud imkanlar barədə məlumatlandırılma, o cümlədən könüllülük hərəkatının ölkəmizdə daha geniş vüsət almasını stimullaşdırmaqdır.

Layihə 15 şəhər və rayon olmaqla, ümumilikdə 45 regionu və 2500-ə yaxın gənci əhatə edib.

Sonda layihənin regionlarda təşkilində aktiv iştirak edən şəxslər mükafatlandırılıblar.
 

 

 

 

 

 

 

 


XƏBƏR LENTİ