Könüllülərin bölgələrdəki fəaliyyəti davam edir - FOTO

GƏNCLİK
14:12 06.07.2020
1127
Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) fəaliyyəti çərçivəsində, Azərbaycan könüllüləri yeni növ koronavirus (COVİD-19) pandemiyası şəraitində Azərbaycan Respublikası Prezidentinin "Biz birlikdə güclüyük!” şüarı altında maraqlı və maarifləndirici aksiyaları həyata keçirməkdə davam edirlər.

Belə ki, ölkəmizdə hələ də xüsusi karantin rejiminin davam etdiyini nəzərə alaraq, karantin rejiminin tələblərinə uyğun olaraq, koronavirus infeksiyasından qorunmaq məqsədilə, gənc könüllülər parklarda, yeraltı keçidlərin qarşısında və səkilərdə vətəndaşların ara məsafəsinin qorunmasını xatırladan xüsusi istiqamətləndirici işarələr çəkərək, hamını məsafə saxlamağa və sakinlərin bir-birini infeksiyaya yoluxmaqdan qorumağa təşviq ediblər.

Aksiyanı faydalı edən vacib məsələ odur ki, könüllülərin bu addımları sayəsində onların daim orada olmaqları zərurəti yaranmır. Vətəndaşlar yerdə çəkilən işarələrlə xatırlatma alır, bu işarələrlə hərəkət etməklə sosial məsafəni qoruyur və infeksiyanın yayılmasının qarşısını almağa müvəffəq olurlar.

REKLAM


Qeyd edilməlidir ki, aksiyada iştirak edən könüllülər karantin rejiminin qaydalarına tam riayət edərək, öz fəaliyyətlərini yaşayış yerlərinə yaxın ərazidə, SMS icazə sisteminin yaratdığı iki saatlıq açıq havada olma hüququndan istifadə etməklə həyata keçiriblər.

Ölkəmizin Balakən, Zaqatala, Qəbələ, Göygöl, Goranboy, Saatlı, Şamaxı, Tərtər rayonlarında başlayan aksiyaya Şəmkir, İsmayıllı, Quba, Qazax, Göyçay, Biləsuvar, Qax, Ağdam, Bərdə, Qusar, Sabirabad, Kürdəmir, Şirvan, Mingəçevir, Şəki və Tovuz rayonlarının gənc könüllüləri də qoşulub.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

21:41 13.08.2020

Türkiyənin Milli Müdafiə naziri: “Azərbaycanda özümüzü həqiqətən vətənimizdə hiss edirik”

21:24 13.08.2020

İlham Əliyev: "Bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur"

20:59 13.08.2020

“Bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur” - Prezident

20:46 13.08.2020

Qadın altı ayda iki dəfə COVID-19-a yoluxub

19:44 13.08.2020

Türkiyədə oktyabrın 1-dən sonra ali məktəblər açılacaq

19:30 13.08.2020

Oğlunu öldürən atanın məhkəməsi başlayır

18:59 13.08.2020

Birinci vitse-spiker: “Yerli icra hakimiyyəti ancaq sui-istifadə hallarına yol verirdi” - MÜSAHİBƏ

18:28 13.08.2020

DTX-nin saxladığı Eldar Həsənov kimdir? - Dosye

17:58 13.08.2020

“Hər şey Vətən üçün!” devizi altında gənclərlə onlayn görüş keçirildi - FOTOLAR

17:48 13.08.2020

DTX-dən əməliyyat: Eldar Həsənov Bakıda tutuldu - RƏSMİ

17:43 13.08.2020

Abşeronda COVİD-19 əleyhinə aparılan təbliğat işləri bu gün də davam etdirilir - FOTOLAR

17:33 13.08.2020

Azərbaycanda daha 91 nəfər koronavirusa yoluxdu, 211 nəfər sağaldı

17:11 13.08.2020

Hacıqabulda bəy xınayaxdıdan polis şöbəsinə aparıldı - VİDEO

16:53 13.08.2020

Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

16:49 13.08.2020

Avqustda temperatur çoxillik normadan aşağı enəcək - Xəbərdarlıq

16:45 13.08.2020

İqtisadiyyat Nazirliyində yeni təyinatlar

X Mostbet