“Kodak” fotoaparat istehsalına son qoydu

“Kodak” fotoaparat istehsalına son qoydu
Bütün Xəbərlər
16:57 11.02.2012
1673
Məşhur “ Kodak” şirkəti rəqəmsal fotokameralar bazarını tərk edir. AZXEBER.COM-un Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 133 illik tarixə malik şirkət həmçinin videokamera və rəqəmsal displeylərin istehsalının dayandırılmasını bəyan edib. Şirkət rəhbərliyi səyləri fotoşəkillərin çap edilməsi və mürəkkəbli printerlər istehsalı kimi daha sərfəli olan sahələrə yönəltmək niyyətindədir. Kreditorlardan qorunmanın iflasa uğramaq prosedurunun birinci mərhələsi olması səbəbindən yanvarda məhkəməyə bununla bağlı iddia ilə müraciət edən şirkət onun tərəfindən qəbul edilən qərarların ildə 100 milyon dollara yaxın vəsaitə qənaət etməyə imkan verdiyini bildirir.Onu da qeyd edək ki, “Kodak” istehsaldan çıxarılan məhsulların zəmanəti və texniki dəstəyi üzrə öhdəliklərini yerinə yetirəcək.
OXŞAR XƏBƏRLƏR