Kolumbiyada fövqəladə vəziyyət elan edildi

Kolumbiyada fövqəladə vəziyyət elan edildi
DÜNYA
23:33 10.08.2026
210
Kolumbiya hökuməti 7.4 maqnitudalı dağıdıcı zəlzələ ilə əlaqədar ölkə miqyasında fövqəladə vəziyyət elan edib.

AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, müvafiq qərarı ölkə Prezidenti Abelardo de la Esprielya verib.

Təbii Fəlakət Risklərinin İdarə Edilməsi üzrə Milli İdarədən bildirilib ki, qərar dövlət başçısı və Nazirlər Kabinetinin iştirakı ilə keçirilən fövqəladə hökumət iclasının nəticələrinə əsasən yekdilliklə qəbul edilib.

Daha əvvəl Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Kolumbiyada 7.4 maqnitudalı zəlzələ qeydə alındığını açıqlayıb.

Son hökumət məlumatlarına görə, güclü yeraltı təkanlar nəticəsində azı 80 nəfər ölüb. Ölkənin müxtəlif bölgələrində yüzlərlə insanın xəsarət aldığı və itkin düşdüyü bildirilir.
OXŞAR XƏBƏRLƏR