Kompüter istifadəçiləri üçün yeni tələ - Kodları öz əlinizlə işə salmayın

Kompüter istifadəçiləri üçün yeni tələ - Kodları öz əlinizlə işə salmayın
SOSİAL
20:11 11.06.2026
418
İstifadəçiləri aldadaraq onların kompüterlərində zərərli əmrlərin icra edilməsinə yönələn saxta "CAPTCHA” səhifələrinin yayıldığı aşkar olunub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) məlumat yayıb.

Bildirilib ki, bu, Agentliyin apardığı monitorinq zamanı aşkarlanıb.

Belə ki, kibercinayətkarlar əvvəlcə legitim internet resurslarını ələ keçirərək həmin saytlar üzərində saxta "CAPTCHA” səhifələri yerləşdirirlər. İstifadəçilər sayta daxil olduqda təqdim edilən yoxlamanı həqiqi hesab edir və onlardan "robot olmadıqlarını təsdiqləmək” məqsədilə "Windows + R”, "Ctrl + V” və "Enter” düymə kombinasiyalarının icrası tələb olunur.
Nəticədə istifadəçinin cihazında zərərli əmr işə düşür və sistem komprometasiya oluna bilər.

Belə hallarda istifadəçi fərqinə varmadan zərərli kodu öz əli ilə işə salmış olur ki, bu da cihaza zərərli proqramın yüklənməsinə və fərdi məlumatların oğurlanmasına gətirib çıxarır.

Milli Kibertəhlükəsizlik Agentliyi bildirir ki, həqiqi "CAPTCHA” yoxlamaları heç vaxt istifadəçidən hər hansı əmrin icrasını, "Run” pəncərəsinin açılmasını və ya mətnin sistemə yapışdırılmasını tələb etmir.

Bununla əlaqədar vətəndaşlara "CAPTCHA” yoxlaması adı altında təqdim olunan əmrləri diqqətlə nəzərdən keçirmək, əməliyyat sistemini və antivirus proqramlarını mütəmadi yeniləmək, həmçinin naməlum mənbələrdən gələn keçid və yönləndirmələrə qarşı ehtiyatlı davranmaq tövsiyə edilir.

Milli Kibertəhlükəsizlik Agentliyi vətəndaşları kibertəhlükələrə qarşı ayıq olmağa və şübhəli hallarla qarşılaşdıqda dərhal müvafiq qurumlara məlumat verməyə çağırır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Siqnala görə başlayan mübahisə ölümlə bitdi - 17 yaşlı oğlan saxlanıldı
23:23 26.09.2026
Siqnala görə başlayan mübahisə ölümlə bitdi - 17 yaşlı oğlan saxlanıldı
Yolda başlayan tıxac gərginliyi evdə “PARTLAYIR” - Bakının sıxlığı insanları necə dəyişir?
23:17 26.09.2026
Yolda başlayan tıxac gərginliyi evdə “PARTLAYIR” - Bakının sıxlığı insanları necə dəyişir?
Naxçıvanda kişi arvadını və baldızını bıçaqlayıb
23:04 26.09.2026
Naxçıvanda kişi arvadını və baldızını bıçaqlayıb
Evlənməkdən qorxan 4 bürc – Səbəbləri təəccübləndirə bilər
22:52 26.09.2026
Evlənməkdən qorxan 4 bürc – Səbəbləri təəccübləndirə bilər
Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU
22:49 26.09.2026
Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU
Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA
22:36 26.09.2026
Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA
100 manata sevgilinizin mesajlarını oxuyurlar? - Haker xidmətinin PƏRDƏARXASI - VİDEO
22:16 26.09.2026
100 manata sevgilinizin mesajlarını oxuyurlar? - Haker xidmətinin PƏRDƏARXASI - VİDEO
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü HƏBS OLUNDU
21:58 26.09.2026
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü HƏBS OLUNDU
Mehriban Xanlarova buna görə verilişlərə getmir
21:37 26.09.2026
Mehriban Xanlarova buna görə verilişlərə getmir
Keçmiş deputat vəzifəsindən azad olundu - FOTO
21:29 26.09.2026
Keçmiş deputat vəzifəsindən azad olundu - FOTO
Pensiya sistemi dəyişir: Yeni qaydalar kimlərə və necə təsir edəcək?
21:21 26.09.2026
Pensiya sistemi dəyişir: Yeni qaydalar kimlərə və necə təsir edəcək?
78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu
21:10 26.09.2026
78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu
Pul əldə etdikdə dəyişən 4 bürc
20:51 26.09.2026
Pul əldə etdikdə dəyişən 4 bürc
Sürücülərin NƏZƏRİNƏ: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
20:33 26.09.2026
Sürücülərin NƏZƏRİNƏ: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
Deputatla insident yaşayan həmin qarpız satanın işsizliyi həll olundu
20:22 26.09.2026
Deputatla insident yaşayan həmin qarpız satanın işsizliyi həll olundu
Leyla Əliyeva Milli Onkologiya Mərkəzini ziyarət edib - VİDEO
20:18 26.09.2026
Leyla Əliyeva Milli Onkologiya Mərkəzini ziyarət edib - VİDEO