“Konstitusiyadan Zəfərə: Suverenliyin qorunması” layihəsi icra edilib - FOTOLAR

“Konstitusiyadan Zəfərə: Suverenliyin qorunması” layihəsi icra edilib - FOTOLAR
SOSİAL
17:00 22.04.2026
70
Azərbaycan Gənclər Fondunun dəstəyi ilə "İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən həyata keçirilən "Konstitusiyadan Zəfərə: Suverenliyin qorunması” layihəsi çərçivəsində tələbələrlə dəyirmi masa və maarifləndirici video-çarxın təqdimatı keçirilib.

Tədbirdə "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azxeber.com⁠ media qrupunun rəhbəri Hacıbəy Heydərli və Azərbaycan Texniki Universitetinin şöbə müdiri Sevinc İsgəndərova iştirak ediblər.

Çıxış edənlər Azərbaycanda elan olunan Konstitusiya və Suverenlik İlinin əhəmiyyətindən bəhs edərək bildiriblər ki, Konstitusiya dövlətin hüquqi və siyasi dayaqlarını müəyyən edən əsas sənəd olmaqla yanaşı, milli həmrəyliyin və ictimai konsensusun formalaşmasında mühüm rol oynayır. Qeyd olunub ki, Azərbaycanın öz suverenliyini tam bərpa etməsi ölkənin müstəqillik tarixində yeni mərhələ yaradıb və bu proses gənclərin milli dövlətçilik dəyərlərinə bağlılığını daha da gücləndirib.

Natiqlər çıxışlarında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi siyasi və hərbi uğurlardan da danışıblar. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi ardıcıl siyasət nəticəsində ölkənin ərazi bütövlüyü və suverenliyi tam təmin olunub, dövlətçilik ənənələri daha da möhkəmlənib. Qeyd edilib ki, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasəti Azərbaycan gənclərində dövlətə bağlılıq, vətənpərvərlik və milli birlik ruhunun güclənməsində mühüm rol oynayır.

Çıxışlarda informasiya təhlükəsizliyi və ideoloji mübarizə məsələlərinə də toxunularaq vurğulanıb ki, müasir dövrdə informasiya məkanı milli maraqların qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Bildirilib ki, xüsusilə gənclərin sosial media platformalarında fəallığı, dezinformasiyaya qarşı düzgün mövqe sərgiləməsi və dövlət maraqlarını müdafiə edən yanaşma ortaya qoyması vacib amillərdən biridir. Eyni zamanda milli həmrəylik və ictimai konsensusun qorunmasının dövlətin dayanıqlığı baxımından mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.

Tədbir çərçivəsində "Konstitusiyadan Zəfərə: Suverenliyin qorunması” adlı maarifləndirici video-çarx nümayiş olunub. Video-çarxda Konstitusiya və suverenlik anlayışları, Azərbaycanın hüquqi dövlət modeli, eləcə də ölkənin suverenliyinin bərpasının ideoloji əsasları barədə məlumatlar yer alıb.
Video-rolikdə deputat Müşfiq Cəfərov, politoloqlar Şəbhəm Həsənova və İlyas Hüseynov ekspert qismində çıxış edərək Konstitusiyanın dövlətçilik ənənələrinin qorunmasında rolundan, Azərbaycanın suverenlik yolunda keçdiyi mərhələlərdən və müasir dövrdə milli birliyin vacibliyindən danışıblar.
Sonda video-rolik ətrafında tələbələrlə geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Böyük Qayıdışda ailənin bütün üzvlərinə ev veriləcək? – Deputatdan açıqlama
16:12 03.11.2026
Böyük Qayıdışda ailənin bütün üzvlərinə ev veriləcək? – Deputatdan açıqlama
Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…
16:01 03.11.2026
Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
15:47 03.11.2026
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı
15:41 03.11.2026
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
15:24 03.11.2026
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Təhsilli hərbçilərə şad xəbər – “Yeni qərar zabitlərin motivasiyasını artıracaq”
15:19 03.11.2026
Təhsilli hərbçilərə şad xəbər – “Yeni qərar zabitlərin motivasiyasını artıracaq”
Xəstəxanalarda xidmət çeşidləri artırılacaq - TƏBİB
14:56 03.11.2026
Xəstəxanalarda xidmət çeşidləri artırılacaq - TƏBİB
“Yelo Bank” reysqabağı yoxlama ödənişini yenilədi - ƏDV seçimi əlavə olundu
14:48 03.11.2026
“Yelo Bank” reysqabağı yoxlama ödənişini yenilədi - ƏDV seçimi əlavə olundu
Qəzzada ölənlərin sayı 74 min 615-ə yüksəldi
14:29 03.11.2026
Qəzzada ölənlərin sayı 74 min 615-ə yüksəldi
Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı - Xəbərdarlıq
14:26 03.11.2026
Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı - Xəbərdarlıq
Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib - FOTOLAR
14:23 03.11.2026
Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib - FOTOLAR
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi
13:54 03.11.2026
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi
40 mindən çox insan doğma yurda qayıdıb – Böyük Qayıdışda yeni mərhələ
13:45 03.11.2026
40 mindən çox insan doğma yurda qayıdıb – Böyük Qayıdışda yeni mərhələ
Hərbçilərlə bağlı mühüm qərar: Müddət azaldılır!
13:24 03.11.2026
Hərbçilərlə bağlı mühüm qərar: Müddət azaldılır!
Tramp seçkidən sonra İrana qarşı hansı addımı atacaq? - Müharibə arealı genişlənir?
13:22 03.11.2026
Tramp seçkidən sonra İrana qarşı hansı addımı atacaq? - Müharibə arealı genişlənir?
Uşaqlara süni intellektdən istifadə məhdudlaşdırılacaq? – GÖRÜNMƏYƏN TƏHLÜKƏ
13:20 03.11.2026
Uşaqlara süni intellektdən istifadə məhdudlaşdırılacaq? – GÖRÜNMƏYƏN TƏHLÜKƏ