Konsuldan viza açıqlaması

Konsuldan viza açıqlaması
Bütün Xəbərlər
17:00 02.09.2014
761
"Azərbaycan ilə Türkiyə arasında sadələşdirilmiş viza rejiminin tətbiqində heç bir dəyişiklik yoxdur".AZXEBER.COM-un məlumatına görə, bunu Azərbaycanın Türkiyədəki səfirliyinin konsulu Şöhrət Mustafayevin AzərTAc-a bildirib.Onun sözlərinə görə, iki qardaş ölkə arasında mövcud sadələşdirilmiş viza rejimi bu günə qədər tətbiq olunduğu qaydada davam etdirilir. Viza rejiminin dəyişdirilməsinə dair səfirliyin mətbuat xidmətinə istinadla yayılmış məlumatlar siyasi təxribat xarakterli şayiədən başqa bir şey deyil.
OXŞAR XƏBƏRLƏR