“Kontakt Home” şirkətindən Orduya yardım aksiyası

“Kontakt Home” şirkətindən Orduya yardım aksiyası
İQTİSADİYYAT
22:28 10.10.2020
903
"Kontakt Home” şirkəti Orduya yardım kampaniyası çərçivəsində 10-16 oktyabr tarixlərində məhsullarının satışından əldə etdiyi nağd gəlirlərin 100%-ni Silahlı Qüvvələrə Yardım Fonduna köçürəcək.

Şirkətdən bildirilib ki, bu məbləğ Qarabağın işğaldan azad olunması uğrunda hazırda gedən döyüşlərdə yaralanan əsgər və zabitlərimizin müalicəsinə xərclənəcək.

Müştərilər bu tarixlərdə "Kontakt Home” mağazalarında nağd və taksitlə alış-veriş edərək bu yardımda pay sahibi ola və bağışlanacaq məbləği yüksəldə bilərlər.

Toplanmış məbləğ gündəlik olaraq həm burada, həm də rəsmi sosial şəbəkə hesablarında açıqlanacaq. 
OXŞAR XƏBƏRLƏR