Koronavirus dəniz və hovuz suyundan yayıla bilər? - Professor açıqladı

MARAQLI
12:25 30.05.2020
1815
Türkiyəli professor İlhami Çelik koronavirusun dəniz və hovuzlardan yoluxa bilib - bilməyəcəyindən danışıb. 

AZXEBER.COM HaberGlobal-a istinadən xəbər verir ki, elm adamı virusun dənizdə yaşamaq ehtimalının olmadığını deyiblər:
"Koronavirusun dənizdən yoluxmasına dair heç bir fakt yoxdur. Hovuzlarda isə bu xlorlanmadan asılıdır. Əgər vaxtı-vaxtında hovuzun suyu təmizlənsə və xlorlansa burada da yoluxma ehtimalı yoxdur.”

İlhami Çelik yenə də hər şeyin sosial məsafədən asılı olduğunu deyib: "İstər dəniz, istərsə də hovuzlarda önləyici tədbirlər görülür. Biz yoluxmanın qarşısını bacardığımız qədər azaldırıq. Amma yenə də hər şey vətəndaşların bir-birlərinə yaxın durmaması, sosial məsafəni saxlamasından asılıdır.

Mələk Cabbar

OXŞAR XƏBƏRLƏR