Koronavirusdan ölən şəxsin son sözləri hər kəsi ağlatdı - VİDEO

Koronavirusdan ölən şəxsin son sözləri hər kəsi ağlatdı - VİDEO
TOP4
15:27 29.04.2020
11339
Türkiyədə koronavirusdan ölən kişinin görüntüləri hər kəsi kövrəldib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, kiçik ticarətlə məşğul olan 39 yaşlı kişi koronavirusun qurbanı olub.
 
O, xəstəxanada video çəkərək yaşadıqlarından danışıb: "Nə qədər qorunsam da virus mənə də yoluxdu. Bu gözlə görünməyən, əllə tutulmayan lənət bir şeydir. Allah düşmənimə də yaşatmasın. Bu işin zarafatı yoxdur. Hər kəsdən xahiş edirəm ki, evdən çıxmasın. Bu dözülməz ağrıdır. İnşallah qalib gələcəm".
 
O, video çəkərək son bir ayda yaşadıqlarını danışıb hər kəsi ehtiyatlı olmağa səsləyib. Elə mərhumdan son qalanda xəstəxana otağındaki görüntülər olub.
 
Həmin görüntünü təqdim edirik:
 
Mələk Cabbar 

OXŞAR XƏBƏRLƏR