Koronavirusun mutasiyaya uğramış formasına yoluxanlar xəstəliyi ağır keçirmir

SAĞLAMLIQ
15:58 22.01.2021
766
Koronavirusun mutasiyası ilə bağlı aparılan son elmi tədqiqatlar məlum olub.

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev "Report”a açıqlamasında deyib ki, artıq dünyanın bir çox ölkəsində İngiltərədə olan virus mutasiyasına rast gəlinib:

"Bir müddət əvvəl hələ elmi tədqiqatlar başa çatmamış mediada mutasiya olunmuş virusun təhlükəli və öldürücü olduğu barədə məlumatlar yayılırdı. Təbii ki, mutasiyanın qeydə alındığı hələ ilk günlərdən təlaşa düşməmək və yalnız elmə əsaslanan məlumatlara inanmaq lazım idi. Mutasiya olunmuş virusun yoluxduruculuq qabiliyyətinin daha sürətli olduğu bizə ilk günlərdən məlum idi. Bu, İngiltərədə aparılan son elmi tədqiqatda da öz əksini tapıb. Tədqiqatda göstərilir ki, COVID-19-dan fərqli olaraq onun mutasiyaya uğramış formasının yoluxduruculuq sürəti minimum 35 % daha böyükdür”.

Azərbaycanlı alim vurğulayıb ki, bu zaman xəstəlik heç də ağır formada keçmir:

"Mutasiya olunmuş virusa yoluxanlar sadəcə olaraq ətrafdakıları da daha sürətlə yoluxdurma gücünə malikdir. Bu da artıq təsdiqini tapır".

Tibb elmləri doktoru bildirib ki, son elmi tədqiqatla yeni virus mutasiyasına yoluxan şəxsin digərlərini yoluxdurma faizi də müəyyənləşdirilib: "Beləliklə, müəyyən olunub ki, mutasiya olunmuş virusa yoluxan şəxs ətrafındakı, yəni ünsiyyətdə olduğu insanların 15 faizini yoluxdurur. Mutasiyaya uğramamış viruslu xəstələr isə ətrafındakı insanların 11 faizini yoluxdurur. Bu nəticələr həm də onu göstərir ki, bütün ölkələrdə tətbiq olunacaq yeni strategiyalarda mütləq bu amillər nəzərə alınmalıdır. Əks halda mutasiyaya uğramış viruslar klasterlərdə (insan topluluğu - "Report") sürətlə yayılaraq bir neçə klaster arasında əlaqə zənciri qura bilər və bununla da yeni dalğanın əmələ gəlməsinə səbəb zəmin yaranar".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu