Restoranın paltar dolabından 5000 dollar oğurladı
Bakıda restoranda oğurluq hadisəsi baş verib.
AZXEBER.COM xəbər verir ki, paytaxtın Nərimanov rayonunda zərərçəkən şəxs polisə müraciət edərək gödəkçəsinin cibindən 5000 dollar nağd pulun naməlum şəraitdə oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdiyi tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı İ.Süleymanov müəyyən edilərək saxlanılıb. ...