Kür çayı daşdı - VİDEO

Kür çayı daşdı - VİDEO
SOSİAL
01:26 21.04.2026
820
Kür çayının Zərdabdan keçən hissəsində daşqın baş verib. Ərazidə kritik vəziyyət var.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, sahildə nəzarət üçün növbətçilik sistemi yaradılıb.

Son günlərdə müşahidə olunan intensiv yağıntılar çayın səviyyəsinin sürətlə yüksəlməsinə səbəb olub. Nəticədə rayonun Əlibəyli, Allahqulubağı, Əlvənd, Təzəkənd və digər kəndlərində vəziyyət gərginləşib. Daşan su sahilə yaxın olan əkin sahələrinə dolub.

Sakinlərin sözlərinə görə, suyun səviyyəsi qısa müddətdə kəskin artdığı üçün əkinlərə ciddi ziyan dəyib. Zərdab şəhər icra nümayəndəliyindən isə bildirilib ki, ərazi nəzarətdə saxlanır.

O da qeyd edilib ki, son 1 gündə Kürün səviyyəsində 7 sm artım var.

OXŞAR XƏBƏRLƏR