“Kürəkənim deyir ki, kef elə, nə istəyirsən geyin” – Rəqsanə açıq-saçıq geyinməsindən danışdı

“Kürəkənim deyir ki, kef elə, nə istəyirsən geyin” – Rəqsanə açıq-saçıq geyinməsindən danışdı
MAQAZİN
11:26 24.06.2022
2436
"Xəbərlər yayılıb ki, güya mən qızım Aysunun Bakıda olacağı toyunda iştirak etməyəcəyəm. Bu, yalan xəbərdir”.

AZXEBER.COM Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri Rusiyadan Vətənə bir müddətlik geri qayıdan müğənni Rəqsanə İsmayılova "Şourum” maqazin verilişinə müsahibəsində deyib.

Sənətçi Aysunun Bakıda keçiriləcək toyunda ona özəl hədiyyə bağışlayacağını açıqlayıb.

"Aysunun toyunda iştirak edəcəyəm, amma cavanlarla orada əylənəsi deyiləm. Təbrik edib, hədiyyəmi verib, çıxıb gedəcəyəm. Aysuna özəl bir hədiyyəm olacaq. Onu böyüdüb, boya-başa çatdırmışam. Ona böyük bir hədiyyə bağışlamağa dəyər”.

Rəqsanə kürəkəni Eşqinin qızı Aysunla evlənmələrinə öncə qarşı çıxsa da, sonra məhəbbətin qalib gəldiyini vurğulayıb.

"Həyat yoldaşım Fazil Əmiraslanov istədi ki, Eşqinlə özü şəxsən görüşsün. Elə də oldu. Onlar görüşdülər. Eşqin Fazil bəylə danışdı. Eşqini birinci mən tanımışam. İlk başdan onların evliliyinə razı deyildim. Sonra gördüm ki, "Onların sevgisinin qarşısını kəsə bilmərəm”.

İsmayılova haqqında sosial şəbəkələrdə yazılan "Qaynanadır, amma açıq-saçıq geyimlər geyinir, "Kürəkənin var…” rəylərə də münasibət bildirib.

"Mən müğənni adamam. Mənim 100 kilo çəkim yoxdur ki, açıq-saçıq geyinməyim. Burada nə var ki?! Rusiyada yaşayıram. Qısa ətək də, şort da geyinə bilərəm. Deyirlər ki, kürəkəni var, şort geyinir. Eşqin isə deyilənləri gülüşlə qarşılayır. Eşqin söyləyir ki, "Ay müdir, keyf elə, nə istəyirsən geyin”.

R.İsmayılova oğlu Muhammədə tezliklə Bakıda kiçik toy edəcəyini də açıqlayıb.

"Daha iki ay Azərbaycanda olacağam. Oğlum Muhammədə kiçik toy edəcəyəm. Buna görə də burada işlərim çoxdur. Kiçik toyda Türkiyədən də, Rusiyadan da müğənnilər iştirak edəcək. Az sayda seçmə sənətçilərimiz də oğlumun özəl gününə dəvətlilər sırasında olacaqlar”.

Qeyd edək ki, iş adamı Fazil Əmiraslanovla evli olan R.İsmayılovanın bir neçə il əvvəl əkizləri doğulub, onlardan biri dünyasını dəyişib. Müğənninin hazırda dörd övladı var.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakının yeraltı dünyası – Şəhərin altında nələr var?
16:55 23.10.2026
Bakının yeraltı dünyası – Şəhərin altında nələr var?
Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
16:52 23.10.2026
Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Azərbaycanın ən ali ordenləri kimlərə və hansı xidmətlərinə görə verilir? - ARAŞDIRMA
16:41 23.10.2026
Azərbaycanın ən ali ordenləri kimlərə və hansı xidmətlərinə görə verilir? - ARAŞDIRMA
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
16:22 23.10.2026
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Göyçayda silsilə oğurluqlar edən qohumlar saxlanıldı
16:20 23.10.2026
Göyçayda silsilə oğurluqlar edən qohumlar saxlanıldı
Köhnə binalarda mənzil almağın riskləri nələrdir? – Sənədlərdən təmirə qədər
16:18 23.10.2026
Köhnə binalarda mənzil almağın riskləri nələrdir? – Sənədlərdən təmirə qədər
Arif Mərdanov kollektivə təqdim olundu
16:13 23.10.2026
Arif Mərdanov kollektivə təqdim olundu
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
16:06 23.10.2026
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər!
15:49 23.10.2026
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər!
Bakıda, Gəncədə və Sumqayıtda əməliyyat: 7 nəfər saxlanıldı
15:30 23.10.2026
Bakıda, Gəncədə və Sumqayıtda əməliyyat: 7 nəfər saxlanıldı
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
15:26 23.10.2026
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Oğlunun məzarını ziyarət edərkən faciəvi şəkildə öldü
15:17 23.10.2026
Oğlunun məzarını ziyarət edərkən faciəvi şəkildə öldü
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
15:15 23.10.2026
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
“Əsas müttəfiqiniz Mehriban xanımdır” - Xalq rəssamından Prezidentə
15:12 23.10.2026
“Əsas müttəfiqiniz Mehriban xanımdır” - Xalq rəssamından Prezidentə
Kart, yoxsa nağd pul? – Vətəndaşlar hansı ödəniş üsuluna üstünlük verir? – VİDEOSORĞU
15:08 23.10.2026
Kart, yoxsa nağd pul? – Vətəndaşlar hansı ödəniş üsuluna üstünlük verir? – VİDEOSORĞU
Boşanma, aliment, əmlak bölgüsü… – Vəkillər ailə məhkəmələrində ən çox hansı mübahisələrlə üzləşir?
15:04 23.10.2026
Boşanma, aliment, əmlak bölgüsü… – Vəkillər ailə məhkəmələrində ən çox hansı mübahisələrlə üzləşir?