Kütləvi dava 1 nəfərin ölümünə səbəb oldu

Kütləvi dava 1 nəfərin ölümünə səbəb oldu
Bütün Xəbərlər
10:09 24.07.2014
583
Ötən gün axşam saatlarında Xaçmaz şəhərində ölümlə nəticələnən kütləvi dava baş verib.Xaçmaz şəhərinin İzmaylovka adlanan yaşayış massivində ölüm və ağır xəsarətə yol açan kütləvi dava yaşanıb. Tərəflər arasında baş verən mübahisə nəticəsində şəhər sakini, 1990-cı il təvəllüdlü Elşən Elçin oğlu Əhmədov aldığı bıçaq zərbəsindən dünyasını dəyişib. 1992-ci il təvəllüdlü Emil Zakir oğlu İsayev və 1975-ci il təvəllüdlü Eyvaz Eynulla oğlu Cəbrayılov isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Xəsarət alan həmin şəxslərin vəziyyətlərinin orta ağır olduğu bildirilir.Hadisədə qan tökən tərəf isə hadisə yerindən qaçıb. Xaçmaz Rayon Polis şöbəsindən bildirilib ki, hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR