"Laçında Azərbaycan Himni oxundu və Şanlı Bayrağımız dalğalandı"

"Laçında Azərbaycan Himni oxundu və Şanlı Bayrağımız dalğalandı"
SİYASƏT
12:44 05.12.2020
1085
Kəlbəcər-Laçın iqtisadi rayonuna daxil olan və bu gün erməni işğalından azad olunmuş Laçın rayonu ölkənin cənub-qərbində, dağlıq ərazidə yerləşir. Bu gün Laçın rayonu işğaldan azad olundu, erməni işğalçı qüvvələrindən təmizləndi.
44 günlük müharibə haqqın-ədalətin bərpası olmaqla yanaşı, kimin kim olduğunu bir daha göstərdi. Həqiqət anı kimi dəyərləndirilən 44 gündə kimin haqqın, kimin şərin, kimin dostun, kimin isə düşmənin yanında olduğu açıqlandı. 30 ilə yaxın müddətin real mənzərəsi budur ki, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri ikili standartlar əsasında ədalətin maraqların arxasında əriməsinə rəvac verib, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi  qəbulunda  iştirak etdikləri 4 qətnamənin icrasında heç zaman maraqlı olmayıblar. Bu yanaşmalar istər müharibə dövründə, istərsə də Azərbaycanın siyasi qələbəsinin və Ermənistanın məğlubiyyətinin təsdiqi olan 10 noyabr üçtərəfli Bəyanatın qəbulundan sonra özünü qabarıq şəkildə büruzə verir. 
Fransa erməni diasporunun güclü olduğu ölkələrdəndir. Fransada məskunlaşan ermənilər  müəyyən mənada fransız siyasətçilərini satın ala bilirlər. Qondarma "Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” qətnamənin qəbul edilməsi də bunun bariz nümunəsidir. Layihənin ideya müəllifləri ermənilərin Fransada kompakt yaşadığı regionlardan olan senatorlardır.
Azərbaycanın döyüş meydanında zəfəri siyasi müstəvidə qələbəsini şərtləndirdi: "Bir daha sübut edildi ki,  Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Azərbaycanlılar yox, məhz ermənilər bu torpağa gəlmə xalqdır. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev  44 gündə 30-a yaxın xarici mətbuata, o cümlədən   Almaniyanın ARD televiziya kanalına müsahibəsində "Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır” sualına cavabı ilə  Ermənistana  və ona dəstək olan  Fransa kimi  demokratik dəyərləri, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan dövlətlərə tarix, hüquq, eyni zamanda, milli qürur dərsi kecmişdi. Həmin suala  cavab bu gün də qondarma "Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” qətnamənin müəlliflərinə və onun qəbulunda fədakarlıq göstərən, amma məsələnin mahiyyətini dərk etməyən senatorlara, siyasətçılərə tutarlı cavabdır.  
Dövlət başçısı vurğulayıb: "Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik.”

"Mən bir daha demək istəyirəm, – artıq onu demişəm, – onsuz da biz Laçını da, Kəlbəcəri də, Ağdamı da alacaqdıq. Bizim planlarımız var idi və biz ardıcıl şəkildə bu planlara doğru gedirdik. Ancaq hər kəs bilməlidir ki, Kəlbəcər və Laçın rayonlarının çox çətin relyefi var. Kəlbəcər rayonuna əvvəlki, sovet dövründə gedən yol Ağdərə rayonundan keçirdi. Sovet vaxtında bu rayona Mardakert deyilirdi, orada ermənilər yaşayırdı. Başqa yol demək olar ki, yox idi. Biz indi Kəlbəcərə Göygöl və Daşkəsən rayonlarından daxil olmuşuq. Xüsusilə qış mövsümünü, çətin relyefi nəzərə alsaq böyük itkilərimiz ola bilərdi. Həm Ağdam, həm Laçın, həm Kəlbəcər rayonlarının azad edilməsi işində böyük itkilərimiz ola bilərdi və böyük vaxt sərf olunacaqdı”.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev  xalqa müraciətində deyib: "Ona görə bizim qələbəmiz tarixi Qələbədir. Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik. İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır. Mən bir daha demək istəyirəm, onlar görəcəklər ki, vahid Azərbaycan dövləti çərçivəsində onların yaşayışı yaxşı olacaq. Onlar bu səfalətdən canlarını qurtaracaqlar. Baxın, biz indi Bərdədən Ağdama dəmir yolu çəkirik. Ağdamdan Xankəndiyə məsafə 20-30 kilometrdir. Amma Ermənistan paytaxtından Xankəndiyə gəlmək üçün neçə saat vaxt sərf etmək lazımdır – yük maşınları ilə bəlkə də on saat. Özü də çətin dağ yolları ilə. Ağdamdan isə Xankəndiyə yarım saat.
Bu, gələcək perspektivlərimizi diktə edəcək. Ona görə biz buna hazır olmalıyıq və öz strategiyamızı, öz taktiki addımlarımızı elə atmalıyıq ki, bundan sonra bu bölgədə bir dənə də təhlükə mənbəyi olmasın. Əlbəttə ki, bunun qarantı Azərbaycan Ordusudur. Əgər bu bölgənin coğrafiyasına hər kəs baxsa görər ki, bu gün Ermənistanı Dağlıq Qarabağla 5 kilometr enində dəhliz birləşdirir”.
Azərbaycan bundan sonra özünün maliyyə imkanları hesabına erməni işğalından azad edilmiş regionun yenidən canlanmasına və inkişafına nail olacaq.
Ölkəmiz Cənubi Qafqazda sülhü və təhlükəsizliyi təmin edəcək. Azad olunan ərazilərdə yenidənqurma işlərinin görülməsindən sonra qaçqın və məcburi köçkünlərin dədə-baba torpaqlarına geri qayıdacaqlar.
Möhtərəm Prezidentimiz "Qarabağ Azərbaycandır!” deyərək və sözünü yerinə yetirdi. 30 ilə yaxın işğal müddətində haqqı tapdalanan və əziyyət çəkən Azərbaycan dövləti ədaləti öz imkanları hesabına təmin etdi, öz torpaqlarını özü geri aldı. Cənab Prezidentin nümayiş etdirdiyi güclü liderlik bacarığı və Müzəffər Azərbaycan Ordusunun apardığı mübarizə tarixə qızıl hərflərlə yazılacaq.
 
 
Beləliklə, Azərbaycanın həm iqtisadiyyatı daha da güclənəcək, həm də vətəndaşlarımızın həyat şəraiti, rifahı daha da yaxşılaşacaq.


                                                                                        Naftalan ziyalısı Elman Alıyev

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?
16:22 21.07.2026
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?
Paşinyandan heyrətamiz faşist Njde QƏRARI
16:16 21.07.2026
Paşinyandan heyrətamiz faşist Njde QƏRARI
“TikTok-da tanış oldum, həkim olduğunu dedi” – Estetik əməliyyat qalmaqalı
16:15 21.07.2026
“TikTok-da tanış oldum, həkim olduğunu dedi” – Estetik əməliyyat qalmaqalı
Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR
16:12 21.07.2026
Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR
Prezident: Almaniya ilə enerji sahəsində əməkdaşlıq çox geniş sahədə olacaq
16:05 21.07.2026
Prezident: Almaniya ilə enerji sahəsində əməkdaşlıq çox geniş sahədə olacaq
İlham Əliyevlə Merts mətbuat konfransı keçirir
15:56 21.07.2026
İlham Əliyevlə Merts mətbuat konfransı keçirir
Qabiliyyət imtahanında inşanı kompüterdə yazacaqlar - Abituriyentlərin nəzərinə!
15:50 21.07.2026
Qabiliyyət imtahanında inşanı kompüterdə yazacaqlar - Abituriyentlərin nəzərinə!
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanıldı
15:42 21.07.2026
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanıldı
Beş ayda 8 min boşanma: Azərbaycanda ailələrdə nə baş verir? - RƏY
15:36 21.07.2026
Beş ayda 8 min boşanma: Azərbaycanda ailələrdə nə baş verir? - RƏY
Sistemdə qeydiyyatdan keçməyən lisenziyalı bağçalar hansılardır? – AÇIQLAMA
15:32 21.07.2026
Sistemdə qeydiyyatdan keçməyən lisenziyalı bağçalar hansılardır? – AÇIQLAMA
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
15:27 21.07.2026
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
Xaricdə təhsil adı ilə belə aldadırlar: Tələbələr və valideynlər üçün kritik xəbərdarlıq
15:21 21.07.2026
Xaricdə təhsil adı ilə belə aldadırlar: Tələbələr və valideynlər üçün kritik xəbərdarlıq
2026-cı ilin ilk altı ayında vəzifəsini itirən məmurlar: Kimlər postu ilə vidalaşdı?
15:05 21.07.2026
2026-cı ilin ilk altı ayında vəzifəsini itirən məmurlar: Kimlər postu ilə vidalaşdı?
Kəlbəcərdə mina partlayışı - Çoban xəsarət aldı
15:03 21.07.2026
Kəlbəcərdə mina partlayışı - Çoban xəsarət aldı
"Arzum"la bağlı yeni xəbər - Sabah...
14:58 21.07.2026
"Arzum"la bağlı yeni xəbər - Sabah...
Qvineyada “ASAN xidmət” təcrübəsinin tətbiqi üzrə əməkdaşlıq davam edir
14:46 21.07.2026
Qvineyada “ASAN xidmət” təcrübəsinin tətbiqi üzrə əməkdaşlıq davam edir