Lassa qızdırmasından ölənlərin sayı artdı

Lassa qızdırmasından ölənlərin sayı artdı
SAĞLAMLIQ
15:06 22.06.2026
461
Nigeriya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (NCDC) açıqlamasında bildirilib ki, ölkədə Lassa qızdırması epidemiyası 23 ştatda 109 yerli idarəetmə ərazisinə yayılmaqda davam edir.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, açıqlamada qeyd olunub ki, yanvar ayından bu yana xəstəlik səbəbilə ölənlərin sayı 214-ə yüksəlib.

Qurumun məlumatına görə, xəstəlik üzrə ölüm faizi ötən illə müqayisədə artıb-keçən il eyni dövrdə 18,9% olan ölüm göstəricisi bu il 25%-ə yüksəlib.

Bildirilir ki, yoluxmaların 84%-i Ondo, Bauçi, Taraba, Edo və Benue ştatlarında qeydə alınıb.

Həmçinin vurğulanıb ki, xəstəlik ən çox 21–30 yaş aralığındakı insanları təsir edir. Yoluxma yaşı 1 ilə 93 arasında dəyişir, orta yaş isə 30-dur.
 
Gülay
OXŞAR XƏBƏRLƏR