Latviya Prezidenti Azərbaycana gəldi

Latviya Prezidenti Azərbaycana gəldi
SİYASƏT
20:25 21.04.2026
286
Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs aprelin 21-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AZXEBER.COM xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Latviya Prezidenti Edqars Rinkeviçsi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.

 

 

OXŞAR XƏBƏRLƏR