Latviya Prezidentinin Azərbaycana səfəri: ikitərəfli əməkdaşlıqda yeni mərhələ

Latviya Prezidentinin Azərbaycana səfəri: ikitərəfli əməkdaşlıqda yeni mərhələ
SİYASƏT
15:37 22.04.2026
336
Aprelin 22-də Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs Azərbaycana rəsmi səfər edib. Səfər iki ölkə arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın və regional əlaqələrin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Səfər çərçivəsində Azərbaycan və Latviya prezidentləri arasında yüksək səviyyəli görüş keçirilib, daha sonra isə mətbuata birgə bəyanatlarla çıxış edilib. Tərəflər görüşdə ikitərəfli münasibətlərin mövcud vəziyyəti, gələcək əməkdaşlıq perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Səfərin gedişində Azərbaycan və Latviya arasında müxtəlif sahələri əhatə edən bir sıra sənədlərin mübadiləsi də həyata keçirilib.

Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə AZXEBER.COM-a açıqlamasında bildirib ki, hər iki ölkə biri-biriləri üçün vacib ölkələrdir: 

"Azərbaycan üçün Latviya vacib ölkədir. Çünki Latviya həm Avropa İttifaqının, həm də NATO-nun üzvüdür və bu təşkilatlarda bizə dəstək verən, bizə lazım olan ölkədir. Eyni  zamanda Latviya postsovet reallıqlarını da daha yaxşı bilir”. 

Parlamentari qeyd edib ki, əlaqələrin geniş şəkildə inkişaf etdirilməsi hər iki ölkənin marağındadır:

"Latviya üçün də Azərbaycan vacib dövlətdir. Həm Latviya məhsullarının satılması, həm də bazarımızın və ticarət əlaqələrimizin genişlənməsi üçün önəmlidir. Digər tərəfdən, Azərbaycan Avropa İttifaqına enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri sahəsində böyük dəstək verir. Yəni bu prizmadan baxsaq, əlaqələrin geniş şəkildə inkişaf etdirilməsi hər iki ölkənin marağındadır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR