Latviyanın baş naziri Azərbaycana rəsmi səfərə gəldi
Bütün Xəbərlər
22:49 27.11.2012
941
Latviya Respublikasının Baş naziri Valdis Dombrovskis Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Latviyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Hava limanında Latviyanın Baş naziri Valdis Dombrovskisi Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov və digər rəsmi şəxslər qarşıladılar.