Öldürülən idmançının anası danışdı: “Bəxtiyarın qətlində başqa şəxslərin də əli var”

Öldürülən idmançının anası danışdı: “Bəxtiyarın qətlində başqa şəxslərin də əli var”
KRİMİNAL
00:42 22.10.2022
1139
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda idman zalında qətl törətməkdə təqsirləndirilən Əli Abbasovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Nahid Piriyev bildirib ki, hadisə mübahisə üstündə baş verib:

"Bir-birinə baxmaq üstündə sözləşdilər. Daha sonra Əli idman zalından çıxdı. Gedib Əlini sakitləşdirmək istədim. Dedim ki, lazım deyil. Məni arxayın elədilər ki, söhbət bitdi. Sonra gəldilər zala, Bəxtiyar Əlini şapalaqla vurdu. Əli də onu bıçaqla vurdu. Vüsalla Bəxtiyar bir yerdə idilər. Mən ikisini də sakitləşdirdim. İki qardaş ikisi də Əliyə qarşı əsəbi idilər. Vüsal və Bəxtiyara dedim ki, dava lazım deyil”.

Prosesdə qətlə yetirilən Bəxtiyar Nəsibovun anası şahidə etiraz edib. O bildirib ki, bu işdə bir neçə nəfərin əli var, Əli Abbasov Bəxtiyar Nəsibovu tək qətlə yetirməyib:

"Əgər Nahid Bəxtiyarı arxadan tutmasaydı, Əli onu öldürə bilməzdi. Bu işdə bir neçə nəfərin əli var. Sən niyə Əlini ikinci dəfə zala buraxmısan? Gördün ki, dava olub Əli çıxıb çölə, onu ikinci dəfə niyə içəri buraxırsan? Marağın nə idi?”.

Şahidin sözlərinə görə, Əli Abbasov ona deyib ki, Bəxtiyarla barışmaq istəyir.

"Gördüm Əli ilə Bəxtiyar mübahisə edir. Mübahisə sakitləşdi, Əli çantasını götürüb getdi. Mən zalda məşqimi bitirib geyinmə otağına keçdim. Paltarımı geyinəndə gördüm ki, zalda səs-küy qalxdı. Zala qayıdanda Bəxtiyarın yerdə uzandığını gördüm. Mən telefonumu götürüb təcili yardımı yığdım”, - şahid deyib.

Prosesdə ifadə verən şahid Elşən Nağıyev qətl hadisəsinin mübahisə üstündə olduğunu bildirib.

Xatırladaq ki, hadisə ötən il martın 1-də paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. İstintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə şəhər sakini Əli Abbasov Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən idman zalında məşq edərkən həmin zalda idman edən 1999-cu il təvəllüdlü Bəxtiyar Nəsibovla aralarında yaranmış mübahisə zamanı sonuncu ona bədən xəsarətləri yetirib. Sonra Ə.Abbasov qisas almaq niyyəti ilə Bəxtiyar Nəsibovun döş qəfəsinə üzərində gəzdirdiyi bıçaqla xəsarətlər yetirərək qəsdən onu öldürüb.

Əli Abbasova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilərək baxılması üçün məhkəməyə göndərilmişdi. Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan iş üzrə ağırlaşdırıcı hallar müəyyən olunduğu üçün cinayət işi prokurorluğa qaytarılmışdı.

İş istintaqa qaytarılandan sonra ona qarşı irəli sürülmüş ittiham ağırlaşdırılıb və əməl Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4 (xüsusi amansızlıqla və xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) maddələrinə tövsif olunaraq yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Tramp administrasiyası Rusiyaya böyük güzəştlər etməyə hazırdır
03:33 11.10.2026
KİV: Tramp administrasiyası Rusiyaya böyük güzəştlər etməyə hazırdır
Tayvan Prezidenti Çinlə münasibətlər barədə bəyanat verib
03:16 11.10.2026
Tayvan Prezidenti Çinlə münasibətlər barədə bəyanat verib
Ölən qızı 11 ay əvvəl boşanıbmış
03:00 11.10.2026
Ölən qızı 11 ay əvvəl boşanıbmış
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
02:46 11.10.2026
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
02:30 11.10.2026
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
02:18 11.10.2026
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
02:06 11.10.2026
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
01:50 11.10.2026
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:36 11.10.2026
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:25 11.10.2026
''Uşaqların geyimini zərərli mübahisəyə çevirmək cəhdləri var'' - Bahar Muradova
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
01:15 11.10.2026
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
01:13 11.10.2026
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
01:03 11.10.2026
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
00:50 11.10.2026
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
00:40 11.10.2026
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
00:30 11.10.2026
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı