"Legiya"da Mahir Emreli ilə bağlı qalmaqal: Yatıb qaldığı üçün iclasa gecikib

İDMAN
23:58 25.10.2021
572
Polşa mətbuatı Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə "Legiya"nın sabiq baş məşqçisi Çeslav Mixneviç arasındakı narazılığın detallarını açıqlayıb.

AZXEBER.COM "Interia.pl" saytına istinadən xəbər verir ki, hər şey "Lex"ə qarşı Ekstraklasanın XI tur matçından əvvəl baş verib. Məşqçilər heyəti qarşılaşmadan 1 gün öncə rəqibin analizi ilə bağlı toplantı keçirib. İddiaya görə, 24 yaşlı hücumçu yatıb qaldığı üçün iclasa 45 dəqiqə gecikib.

Bundan sonra tərəflər arasında münasibətlər korlanıb. "Legiya"nın "Lex"ə 0:1 hesabı ilə uduzduğu görüşdən sonra 51 yaşlı mütəxəssisin forvardla bağlı səsləndirdiyi tənqidi fikirlər gərginliyi daha da artırıb. Emreli onu qol epizodlarını boşa verməkdə günahlandıran keçmiş baş məşqçisindən inciyib.

Yerli mətbuat həmçinin vurduğu 10 qolla komandanın ən sərrast hücumçusu olan forvardın intizamsızlığının təəccüblə qarşılandığını yazıb: "Azərbaycanlı futbolçunun bu qədər dəyişməsi təəccüb doğurur. Mixneviç mövsümün əvvəlində onun işinə yanaşmasını çox yüksək qiymətləndirirdi. O, Emrelinin öyrənməyə həvəsli olduğunu və futbolda böyük uğurlar qazanmaq istədiyini söyləmişdi".

Qeyd edək ki, "Legiya" bu gün Çesnav Mixneviçlə yollarını ayırıb. Onu Onu bu vəzifədə əvəzedici komandanın baş məşqçisi Marek Qolebiyevski əvəz edib.

OXŞAR XƏBƏRLƏR