Ölən atasına 4 il ərzində mesaj göndərdi və aldığı cavabdan ŞOKA düşdü

DÜNYA
21:53 28.10.2019
10965
ABŞ-ın Arkanzas ştatında yaşayan Chastity Patterson adlı qadın dörd il əvvəl həyatını itirən atasının mobil telefonuna hər gün sms yazıb.

AZXEBER.COM baku.ws-ə istinadən xəbər verir ki, 23 yaşlı qadın atasının nömrəsindən 4 ildən sonra gözlənilməz cavab alıb. 

Chastity Patterson atası öldükdən sonra onunla əlaqəni kəsməmək üçün gündəlik həyatı ilə bağlı mesajları atasının mobil nömrəsinə göndərməyə başlayıb. Hər gün mesaj göndərməkdə davam edən qadın 4 ildən sonra atasının nömrəsindən gözlənilmədən cavab alıb. 

Atasının telefon nömrəsini istifadə etməyə başlayan Bred adlı şəxs oxuduğu mesajlara dözməyərək onu cavablandırmağa qərar verir. Bred yazdığı məktubda qızını itirmiş ata olduğunu və məktublardan təsirləndiyini vurğulayıb:

"Salam, balam. Mən sənin atan deyiləm, amma dörd ildir mesajlarını oxuyuram. Səhərlər "günaydın” mesajını, axşamlar isə başına gələnlər barədə yazacağını maraqla gözləyirəm. Mənim adım Breddir. Qızımı 2014-ci ilin avqust ayında maşın qəzasında itirmişəm. O vaxtdan bəri sənin mesajların məni həyatda saxlayıb.

Sən mənə mesaj göndərdiyin vaxt, bunu Tanrıdan bir işarə olaraq qəbul etmişdim. Sənə əziz bir insanı itirdiyin üçün çox kədərləndim. Səni illər ərzində dinlədim, böyüməyinə və yeni bir şəxsə çevrilməyinə şahid oldum. Bu illər ərzində sənin mesajlarına cavab vermək istəmişdim, lakin qəlbini qırmaqdan qorxmuşdum. Sən qeyri-adi qadınsan və qızım da həyatda olsaydı, sənin kimi olardı. Mənə hər gün mesaj atdığın və Tanrının varlığını xatırlatdığın üçün təşəkkür edirəm. Her şey yaxşı olacaq. Çətin günlər yaşamaq məcburiyyətində qaldığın üçün kədərliyəm. Səninlə qürur duyuram.”

Chastity Patterson bu mesajı oxuduqdan sonra onu sosial şəbəkə paylaşıb və "Düşünürəm ki, artıq atamın dincəlməsinə icazə verə bilərəm”,-deyə qeyd edib. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:17 03.06.2020

Mirşahin: "Mən inanmıram Azərbaycanda mənim qədər söyülən ikinci bir həmkarım var"

15:57 03.06.2020

Koronavirusdan sağalmış azərbaycanlı həkim: "Bu virus cavanlarda..."

15:53 03.06.2020

Bakıda qadın qızının sevgilisini bıçaqladı - Qızı ilə evlənmək istəmədiyi üçün

15:45 03.06.2020

Azərbaycan vətəndaşları yayda Türkiyəyə istirahətə gedə biləcəklər? - AÇIQLAMA

15:41 03.06.2020

Ukrayna beynəlxalq uçuşları bu tarixdə açır

15:33 03.06.2020

Bu ölkədə küçəyə çıxmaq qadağasını pozan 15 nəfər öldürüldü

15:33 03.06.2020

Azərbaycanda dövlət kommunikasiyasının inkişaf tendensiyası

15:23 03.06.2020

ÜST rəsmisi: "COVID-19 infeksiyası yenidən arta bilər"

15:19 03.06.2020

Nikol Paşinyan: "Ermənistanda vəziyyət fəlakət həddindədir"

14:44 03.06.2020

Prezident əhalinin bütün zümrələrinə daima qayğı ilə yanaşır - ŞƏRH

14:33 03.06.2020

Qatil polisin arvadından gözlənilən addım: Ərindən boşandı, soyadından imtina etdi

14:27 03.06.2020

Azərbaycanlı müğənni: Koronavirus mənə od qoydu - VİDEO

14:17 03.06.2020

Sabah güclü külək əsəcək, intensiv yağış yağacaq

14:05 03.06.2020

DYP-dən əhaliyə maska ilə bağlı - Xəbərdarlıq

14:01 03.06.2020

Nyu-Yorkdakı aksiyanı işıqlandıran "Xəzər TV"-nin əməkdaşı çətin anlar yaşadı - VİDEO

14:01 03.06.2020

Gənc sahibkarlar uşaqlar üçün yardım aksiyası keçirdi - FOTOLAR