Ölən əsgərlə bağlı rəsmi - BƏYANAT

Ölən əsgərlə bağlı rəsmi - BƏYANAT
Bütün Xəbərlər
18:37 10.01.2013
4798

Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətə çağırılmış Ceyhun Zaman oğlu Qubadovun 7 yanvar 2013-cü il tarixdə ölümü ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci (Qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Hərbi Prokurorluğun AZXEBER.COM-a daxil olan birgə bəyanatında deyilir.

Baş vermiş ölüm faktı ilə bağlı istintaqın gedişatı xüsusi nəzarətə götürülmüşdür.

Bununla əlaqədar Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun rəhbər əməkdaşları müvafiq araşdırmaların aparılması məqsədi ilə bölgəyə ezam olunmuşlar.

Cinayət işi üzrə istintaq-əməliyyat qrupu tərəfindən qısa müddət ərzində tam, hərtərəfli istintaq aparılmaqla təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması təmin olunacaq və bu barədə ictimaiyyətə məlumat veriləcədir.

OXŞAR XƏBƏRLƏR