Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub - FOTOLAR

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub - FOTOLAR
SOSİAL
15:49 03.04.2026
429
Aprelin 3-də Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub. İnfoturda elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, nazirliyin aidiyyəti struktur bölmələrinin əməkdaşları, Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri, media qurumlarının rəhbərləri, təhsil mütəxəssisləri, jurnalist və blogerlər, eləcə də digər qonaqlar iştirak ediblər. 

AZXEBER.COM xəbər verir ki, infoturun əsas məqsədi peşə təhsili sahəsində həyata keçirilən islahatlar, regionlarda müasir peşə tədrisi imkanları və tələbələr üçün yaradılmış şəraitlə yaxından tanışlığın təmin edilməsidir.

İnfotur iştirakçıları əvvəlcə mərkəzin maddi-texniki bazası və tədris mühiti ilə tanış olublar. İnfotur iştirakçılarına məlumat verilib ki, müasir infrastrukturla təmin olunan mərkəzdə tədris, idman, yataqxana, kulinariya təlim korpusları, təlim-qonaq evi, əkinçilik və emalatxana laboratoriyaları, istixana, həmçinin avtotəmir və CNC (dəzgahların kompüterləşdirilmiş idarəetmə sistemi) emalatxanaları yaradılıb. Burada, eyni zamanda, informatika kabinetləri, müasir sinif otaqları, hərbi hazırlıq kabineti, kitabxana, 300 nəfərlik akt zalı və yeməkxana fəaliyyət göstərir. Ərazidə 53 nəfərlik yataqxana binası inşa edilib və yenidənqurmadan sonra korpusların sayı 7-yə çatdırılıb.
 
2025/2026-cı tədris ilində mərkəzdə 42 ixtisas üzrə 55 qrupda 962 tələbə təhsil alır. Müəssisədə turizm, kənd təsərrüfatı, sənaye, xidmət, İT texnologiyaları və alternativ enerji istiqamətləri üzrə kadr hazırlığı həyata keçirilir.

Mərkəzdə yeni maddi-texniki baza formalaşdırılandan sonra bir çox müasir ixtisaslar, o cümlədən elektrik və hibrid avtomobillərinin texniki qulluğu və təmiri üzrə texnik, kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, proqramla idarə edilən sənaye avadanlıqlarının texniki istismarı, kibertəhlükəsizlik, kompüter sistemlərində proqramlaşdırma, binaların tikintisi və istismarı, elektrik xətlərinin, günəş panellərinin quraşdırılması və təmiri üzrə mütəxəssis və texnik ixtisasları tədris olunur.
 
Burada tələbələrə ilk peşə, texniki peşə və yüksək texniki peşə təhsili pillələri üzrə biliklər verilir. 
 
İnfoturun davamında müxtəlif ixtisas istiqamətləri üzrə təşkil olunmuş master-klasslar izlənilib. Bu çərçivədə bitkiçilik (istixana şəraitində təlim), açıq havada təşkil olunan dərs prosesi, sinifdaxili tədris nümunələri, hərbi və idman hazırlığı, eləcə də dərzi, bərbər, geyim üzrə dizayner, aşpaz və qənnadçı ixtisasları üzrə tələbələrin praktiki məşğələləri nümayiş etdirilib. 

İştirakçılar tədris prosesinin praktiki yönümlülüyü, tələbələrin real iş mühitinə uyğun bacarıqlar qazanması və peşə təhsilinin müasir yanaşmalar əsasında təşkili ilə yerində tanış olmaq imkanı əldə ediblər. 

İnfotur çərçivəsində elm və təhsil nazirinin müavini Kənan Kərimzadə tərəfindən "Regionlarda peşə təhsili: imkanlar və perspektivlər” mövzusunda təqdimat edilib. Təqdimatda peşə təhsilinin əlçatanlığının təmin edilməsi, yenilənən infrastruktur, peşə təhsilində tədrisin məzmunu və təhsilverənlərin peşəkar inkişafı, rəqəmsallaşan peşə təhsili, peşə təhsilində yeni maliyyələşmə modeli kimi yanaşmalar barədə ətraflı məlumat verilib.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir