Lənkəran rayonunun daha 2 yaşayış məntəqəsinə təbii qaz verild

Lənkəran rayonunun daha 2 yaşayış məntəqəsinə təbii qaz verild
Bütün Xəbərlər
17:02 07.02.2014
942

Bu gün Lənkəran rayonunun Kərgəlan və Darquba kəndlərinə təbii qaz verilib.

AZXEBER.COM ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş mərasimlərdə "Azəriqaz" İstehsalat Birliyinin və rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 1085 abonenti olan Kərgəlan və Darquba kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 34 kilometrdən artıq metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1085 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

OXŞAR XƏBƏRLƏR