23:00 Cümə, 15 Noyabr 2019
KRİMİNAL

Lənkəranda dövlət idarələrini talan edən dəstə üzvləri tutuldu

12:24, 27.12.20131286
Lənkəranda dövlət idarələrini talan edən dəstə üzvləri tutuldu

Lənkəranda, dövlət idarələrindən, eləcə də bir neçə digər obyektlərdən oğurluq etməkdə təqsirli bilinən dəstə zərərsizləşdirilib.

Lənkəran şəhər rayon polis şöbəsinə 2013-cü il dekabrın 21-dən 22-nə keçən gecə naməlum şəxs və ya şəxslərin rayonun 1 saylı notariat kantoruna daxil olaraq oradan 2660 manat pul oğurlamaları barədə məlumat daxil olur.Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun Lənkəran rayonunun Göyşaban kənd sakinləri, 23 yaşlı Rəşad Rahat oğlu Bağırov, İqbal İlqar oğlu Kərimov, Lənkəran şəhər sakinləri, 23 yaşlı Əli Həsən oğlu Ramazanov, Şəhriyar Həsən oğlu Həsənzadə tərəfindən törədildiyi məlum olub. Həmin şəxslər tutularaq istintaq orqanlarına təhvil verilib.Araşdırmalar zamanı müəyyən edilib ki, dəstə Lənkəran şəhəri Ləvəngi dairəsində yerləşən Lənkəran şəhər sakini Babayev Əziz Oruc oğluna məxsus avtomaşın təmiri sexindən içərisində 4700 manat olan dəmir seyfi, Göyşaban kəndində Cəlal Azadova məxsus stomatoloji kabinetdən “Samsung” markalı televizoru oğurladıqları, həmçinin Dövlət Reyestr Xidmətinin Lənkəran ərazi İdarəsindən və 2 saylı poçt məntəqəsindən oğurluğa cəhd göstərmələri də müəyyən edilib.Avtomobil təmiri sexindən, eləcə də digər obyektlərdən oğurlanan dəmir seyflər aşkar edilərək, maddi sübut kimi götürülüb.Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

AZXEBER.COM

XƏBƏR LENTİ