Lənkəranda maaşını ala bilməyənlər aksiya keçirdilər

Lənkəranda maaşını ala bilməyənlər aksiya keçirdilər
Bütün Xəbərlər
12:18 10.04.2013
959

Aprelin 10-da Lənkəranın Liman şəhərində etiraz aksiyası keçirilib.

Aksiyanı keçirənlər beynəlxalq İpək yolunun Lənkəranın Liman şəhərindən keçən hissəsini çəkən fəhlələr olub. Onların Azadlıq radiosuna verdiyi məlumata görə, 4 aydır əmək haqlarını ala bilmirlər. Bundan başqa, 2 aydır iş dayandırılıb.

Yolçəkənlər artıq beşinci dəfədir tikintini aparan "Qafqaz" LTD-nin qarşısında etiraz aksiyası keçirərək, əmək haqlarının verilməsini tələb edirlər.

Onlar etiraz aksiyasından sonra icra hakimiyyətinin qarşısında tələblərini səsləndirməyə yollanıblar.

"Qafqaz" LTD-nin rəsmisi Azadlıq radiosuna deyib ki, maaşlar veriləcək. Ancaq bununla bağlı dəqiq vaxt deyə bilməyəcəyini söyləyib. O, fəhlələrin əmək kitabçalarının qaytarılması haqda tələblərinə cavab olaraq deyib ki, istənilən vaxt həmin sənəd geri verilə bilər.

Fəhlələr sonuncu dəfə aprelin 1-də etiraz aksiyası keçirmişdilər.

OXŞAR XƏBƏRLƏR