Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil

Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
SİYASƏT
17:48 04.06.2026
213
Ukraynanın sabiq Prezidenti Leonid Kuçma Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
 
AZXEBER.COM xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi və Sizin simanızda bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Mən Azərbaycana - bu mübarək torpağa dəfələrlə səfər etmişəm. Cəsur xalqınızın müstəqillik uğrunda mübarizə qəhrəmanları haqqında həqiqi dostum, atanız unudulmaz Heydər Əliyevdən eşitmişəm. Buna görə də Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil. Mən bilirəm ki, Ukrayna xalqı da Azərbaycanı yalnız dost kimi deyil, həm də itirilmiş əraziləri geri qaytarmağa və ərazi bütövlüyünü bərpa etməyə imkan verən milli iradənin nümunəsi kimi qəbul edir. Siz buna nail oldunuz, bizdə isə bu, hələ qarşıdadır. Bu, xalqlarımız arasında xüsusi tarixi bağ yaradır.

Ümid edirəm ki, Azərbaycan xalqı da bunu hiss edir və onun həqiqi dostunun kim olduğunu başa düşür.

Gözəl Vətəninizə inkişaf və firavanlıqla bağlı ən səmimi arzularımı qəbul etməyinizi xahiş edirəm”.
OXŞAR XƏBƏRLƏR