Lerikdə gənclərlə bağlı seminar keçirilib

Lerikdə gənclərlə bağlı seminar keçirilib
GƏNCLİK
03:32 28.10.2025
924
Lerikdə gənclərlə bağlı seminar keçirilib.

AZXEBER.COM xəbər verir ki, "Dayanıqlı su təhlükəsizliyində gənclərin fəallığının artırılması” layihəsi çərçivəsində Lerik rayonunda sonuncu seminarı baş tutub.
 
Tədbirdə 16-35 yaş arası gənclər olmaqla ümumilikdə on səkkiz nəfər iştirak edib. Seminarda iqlim dəyişmələri, onun ətraf mühitə və cəmiyyətə təsirləri, dayanıqlı su təhlükəsizliyi probleminin aktuallığı və gənclərin üzərinə düşən öhdəliklər mövzularında gənclər maarifləndirilib.

İştirak edən gənclər dayanıqlı su təhlükəsizliyinin həllində inzibati cərimələrin artırlmasını, bu sahədə ictimai nəzarətin gücləndirliməsi ilə yanaşı vətəndaş məsuliyyətinin gücləndirliməsini təklif ediblər.
 
Bundan əlavə su ehtiyatlarının və dağların təmiz saxlanılması ilə bağlı müzakirələr aparılıb. Seminar, təlimçi qismində Azərbaycan Universitetinin Təlim-Tədris mərkəzinin müdiri, beynəlxalq sertifikatlı təlimçi, doktorant Samir Salayev tərəfindən idarə olunub.
 
Tədbirin sonunda gənclərə sertifikat və hədiyyələr verilib.
OXŞAR XƏBƏRLƏR