Lev Kaçinski pilotu hədələyibmiş

Bütün Xəbərlər
09:28 05.03.2011
1898

Pilot Qjeqoj Petruçun birbaşa Tiflisə uçmaqdan imtina edib. Çünki Tiflis hava limanında Polşa prezidentini heç kim gözləmirmiş. Bundan başqa, pilotun sözlərinə görə, orada radar olmayıb. O, bütün bu faktorları, eləcə də, Abxaziya və Cənubi Osetiya münaqişələri ilə əlaqədar ehtimal edib ki, təyyarənin vurulması riski mövcuddur.

Lex Kaçinçki isə müdafiə naziri Boqdan Klixə zəng edərək, aydınlaşdırmağa çalışıb ki, o, pilota uçuş istiqamətini dəyişdirilməsi barədə göstəriş verə bilərmi. Boqdan Klix isə cavab verib ki, müdaxilə etmək hüququ yoxdur.

Nəhayət, Polşa prezidentinin təyyarəsi Azərbaycana eniş edib. Qəzetin məlumatına görə, təyyarə Bakı beynəlxalq hava limanına endikdən sonra pilotu hədələyib ki, onunla hesablaşacaq.

Polşa KİV-inin məlumatına görə, hadisədə adı hallanan pilotun köməkçisi Arkadiuş Protasyük Rusiyanın Smolensk şəhəri yaxınlığındakı təyyarə qəzası zamanı Polşa prezidenti ilə birlikdə həlak olub.

ANS PRESS-in məlumatına görə, Polşa qəzetindəki məlumatda qeyri-dəqiqlik var. Belə ki, 2008-ci ilin avqustunda göyərtəsində Ukrayna, Estoniya, Litva və Polşa prezidentləri - Viktor Yuşşenko, Toomas Hendrik İlves, Valdas Adamkus və Lex Kaçinskinin olduğu Tu-154 təyyarəsi Bakıya yox, Gəncəyə eniş edib. Gəncə hava limanında onları Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıxovun başçılıq etdiyi nümayəndə heyəti qarşılayıb. Sonra prezidentlər avtomobil karvanı ilə Tiflisə yola düşüblər.

 

OXŞAR XƏBƏRLƏR