Leyla Əliyeva talassemiyalı uşaqlara baş çəkdi - FOTOLAR

Leyla Əliyeva talassemiyalı uşaqlara baş çəkdi - FOTOLAR
MARAQLI
00:37 16.11.2011
2044

Noyabrın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi əsaslı təmirdən və mükəmməl texniki təchizatdan sonra istifadəyə verilib. AzərTAc-ın məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidentiLeyla xanım Əliyevamərkəzdə yaradılan şəraitlə tanış olub. Leyla xanım Əliyevaya gül dəstəsi təqdim edilib. Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimiHəbib Yüzbaşıyevməlumat verib ki, ən müasir tibbi avadanlıqla təchiz olunmuş mərkəzin Qafqaz və Orta Asiya məkanında analoqu yoxdur. Heydər Əliyev Fondu ilə Mərkəzi Neftçilər Xəstəxanasının səmərəli əməkdaşlığı artıq neçə illərdir ki, davam edir. Fondun dəstəyi ilə mərkəzdə indiyədək 3 minə yaxın pasiyent müayinə olunmuş, 450 xəstə üzərində açıq ürək əməliyyatı aparılıb. Əməliyyatların 200-ü Mərkəzi Neftçilər Xəstəxanasında, 250-si regionlarda icra edilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə xəstəxananın Ürək-Damar Cərrahiyyəsi Mərkəzi regionlardakı bütün müalicə diaqnostika mərkəzlərində müxtəlif ürək qüsurlarından əziyyət çəkən xəstələri əməliyyat edərək onların normal həyata qayıtmalarına şərait yaradır. Uğurlu ürək əməliyyatlarından biri də Azərbaycanın cəbhə bölgəsində - Füzuli rayonunun Bəhmənli qəsəbəsində aparılıb. Leyla xanım Əliyeva ürək əməliyyatına hazırlanan balacalarla, xroniki böyrək çatışmazlığından əziyyət çəkən və əməliyyatla sağlamlıqlarına qovuşan xəstələrlə, eləcə də ürəyində şuntlama əməliyyatı aparılan pasiyentlə görüşərək onların vəziyyəti ilə maraqlanıb. Mərkəzin əməliyyat blokunda yaradılan şəraitlə tanış olan Heydər Əliyev Fondunun vitse-prezidentinə məlumat verildi ki, Azərbaycanda transplantasiya ilə məşğul olan və 2008-ci ildən fəaliyyət göstərən Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzində indiyədək 14 xəstəyə qaraciyər, 6 pasientə isə böyrək köçürülmüşdür. Böyrək transplantasiyasının biri Naxçıvan, digəri isə Şamaxı Müalicə-Diaqnostika mərkəzlərində müvəffəqiyyətlə aparılıb. Leyla xanım Əliyevaya Heydər Əliyev Fondunun mərkəzə hədiyyə etdiyi “CUSA Excel” avadanlığı barədə məlumat verilib. Bildirilib ki, bu avadanlıq əməliyyatların daha uğurla aparılmasına geniş imkanlar açacaq. Bu nadir avadanlıq ultrason və aspirator funksiyaları nəticəsində qaraciyər transplantasiyası zamanı cərrahiyyə prosedurunu asanlaşdırır və toxumaların zədələnməsinin qarşısını alır. Sonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərkəzin həkim kollektivi və burada müalicə olunmuş bir qrup pasiyentlə görüşüb. Onlar ölkəmizdə səhiyyənin inkişafına göstərilən diqqət və qayğıya, belə bir mərkəzin yaradılmasına görə Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. *** Noyabrın 15-də Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün (İDEA) təsisçisiLeyla ƏliyevaBakıdakı Talassemiya Mərkəzi ilə tanış olub. AzərTAc xəbər verir ki, səhiyyə naziriOqtay Şirəliyevməlumat verib ki, uşaqların sağlamlığının qorunması fəaliyyətinin prioritet istiqamətlərindən biri olan Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa olunmuş bu şəfa ocağı həmin xəstəlikdən əziyyət çəkənlər və onların yaxınları üçün ümid yeridir. Qeyd edilib ki, mərkəz gün ərzində 30-40 xəstə qəbul edir. Azərbaycanda min nəfərə yaxın talassemiyalı xəstə vardır ki, onların da 60 faizi bu səhiyyə ocağında daimi müalicə olunur. Beynəlxalq standartlara tam cavab verən mərkəzin laboratoriyasında qan qrupunu avtomatik təyin edən müasir aparat və digər zəruri avadanlıq quraşdırılıb. Burada donorlardan götürülən qan dərhal müayinə olunur. Leyla Əliyeva mərkəzin transfuziya zalına, 12 otaqdan ibarət klinikaya, manipulyasiya otaqlarına və laboratoriyaya baxmışdır. Qeyd olunmuşdur ki, transfuziya zalında xəstələrə qanköçürmə əməliyyatı aparılır. Leyla Əliyeva burada müalicə alan uşaqların səhhəti ilə maraqlanıb. Sonra Leyla xanım Əliyeva reanimasiya palatası, molekulyar diaqnostika laboratoriyası, sterilləşdirmə mərkəzi ilə tanış olub. Bildirilib ki, burada regionda ilk dəfə olaraq sümük iliyinin köçürülməsi üçün əməliyyat otağı yaradılmışdır və bu prosesin tətbiqi istiqamətində geniş iş aparılır. Mərkəzdə xəstələrin müayinəsi üçün xüsusi poliklinika da fəaliyyət göstərir. Heydər Əliyev Fondunun vitse-prezidenti mərkəzin konfrans zalında respublikada talassemiyadan əziyyət çəkən xəstələrin statistik göstəricilərindən bəhs edən videoçarxa baxıb. Səhiyyə naziri məlumat verib ki, ölkədə “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı”ndan irəli gələn tədbirlər həyata keçirilir. Bu gün dövlət büdcəsində həmin proqrama ayrılan vəsait 16,3 milyon manat təşkil edir. Nazir qeyd edib ki, bundan əvvəl də bu xəstəliklə bağlı 5 illik proqram icra edilmişdir. Bu Proqramların həyata keçirilməsi ilə talassemiya və hemofiliya kimi bəladan əziyyət çəkən xəstələr arasında ölüm halları demək olar ki, sıfıra enib. Leyla xanım Əliyeva mərkəzin yeməkxanasına da baş çəkib, xəstələrin qida rasionu ilə tanış olub. Mərkəzdə müalicə olunan uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
17:12 18.09.2026
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
17:08 18.09.2026
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
16:55 18.09.2026
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
16:47 18.09.2026
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
16:38 18.09.2026
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
16:31 18.09.2026
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
16:17 18.09.2026
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
Nigeriyada mədən faciəsi: Ölənlər var
15:57 18.09.2026
Nigeriyada mədən faciəsi: Ölənlər var
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
15:54 18.09.2026
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
15:48 18.09.2026
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
15:41 18.09.2026
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
15:34 18.09.2026
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
15:30 18.09.2026
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
15:04 18.09.2026
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş