Leyla Xəlifəli: "Bizim jurnalistlər Ebru Gündeşdən də çox kaprizlidirlər" - MÜSAHİBƏ

Leyla Xəlifəli: "Bizim jurnalistlər Ebru Gündeşdən də çox kaprizlidirlər" - MÜSAHİBƏ
MAQAZİN
16:08 30.10.2018
4664

Noyabr ayının 3-də Heydər Əliyev Sarayında məşhur müğənni Ebru Gündeşin konserti baş tutacaq.

 

Konsertin təşkilatçısı A.M Prestige production-un həmtəsisçisi Leyla Xəlifəli AZXEBER.COM-a müsahibə verib.  

 

- Leyla xanım, Ebru Gündeşin Bakı səfəri geniş rezonans doğurub, bu konsertin təşkilatçısı sizsiz. İlk olaraq rəhbəri olduğunuz şirkət haqda oxuculara məlumat verərdiz.
- Tamamilə haqlısız. Düşünürəm ki, illər sonra reallaşan bir konsert olduğu üçün, ətrafında səs-küy də çoxdur. Söhbət illərə meydan oxuyan bir sənətçidən – Ebru Gündəşdən gedir. Biz - Ali Tavassoli, Rəşad Muxtarov ilə komanda olaraq bir çox tədbirlər etmişik. Ancaq A.M Prestige production olaraq bu konsert ilk işimiz olacaq.

 


- Niyə məhz Ebrunu Bakıya gətirmək qərarına gəldiz?

- Sevənlərini, dinləyicilərinin çoxluğunu və istəyi nəzərə alıb, məhz Ebru Gündəşi dəvət etmək qərarına gəldik. Bu konsertin üzərində 1 ildən çoxdur ki, çalışırıq.

 

- Hər kəs bilir ki, Ebru Türkiyənin ən kaprizli müğənnilərindəndir. Konsert öncəsi hansı şərtləri oldu? Eyni zamanda jurnalistlərlə də sizin aranızda anlaşılmazlıq yarandı. Əslində nə baş vermişdi?
- Biz bir çox rus və türk sənətçilərlə çalışmışıq. Ancaq deyərdim ki, Ebru xanım qədər heç kim kaprizli olmayıb. Biz fəaliyyətimiz dövründə belə bir çətinliklə rastlaşmamışdıq. Ancaq onu da deyə bilərəm ki, bizim jurnalistlər Ebru xanımdan da çox kaprizlidirlər. Bunu deməyə əsas verən hadisə isə, bizim sıradan bir konsert olmayan, hətta ilin konserti deyə biləcəyimiz bir tədbir üçün mətbuat konfransı nəzərdə tutub, nəticə əldə edə bilməməyimizdir. Təbii ki, bunun tək Azərbaycan mətbuatı ilə əlaqəsi yoxdur. Əsas səbəblərdən biri və birincisi zamanın az olmasıdır. Belə ki, öncədən elan etdiyimiz akkreditasiya ilə bağlı müraciətlərin çoxluğunu görüb, ancaq informasiya dəstəkçiləri və televiziyalar ilə konserti işıqlandırmaq qərarına gəldik. Ayrıseçkiliyin olmamaması üçün bu qərara gəldik. Əlavə söz-söhbətə ehtiyac yoxdur. Çünki bu konsert kommersiya tədbiri hesab olunur. Bütün hüquqlar bu şirkətə aid olduğu üçün, biz həm medianın, həm də şirkətimizin hüquqlarını yaxşı bilirik. Ona görə də, olmayan şeyi deyərək süni qalmaqal yaratmağa ehtiyac yoxdur. Bu bizim son işimiz deyil. Biz bu yolda işlərimizi görməyə davam edəcəyik.

 


- Konsertə maraq nə yerdədir?

- Onu deyə bilərəm ki, əgər söz-söhbət varsa, konsertə maraq da var deyə bilərik.(gülür) Çünki, konsertin baş tutacağı tarix və biletlərin satışı başlamazdan əvvəl söz-söhbət yaranmışdı. Konsertə maraq istədiyimiz və gözlədiyimiz səviyyədədir.

 

- Ebrunun konsertdə hansı sürprizləri olacaq?

- Konsertin ən böyük sürprizi Ebru xanımın yeni albomundan olan mahnılarını səsləndirməsi olacaq. Bununla yanaşı Azərbaycan musiqisini sevən bir müğənni olaraq bizim də səhnədə sevilən mahnılarımız ifa edəcək.


- Son olaraq nə demək istərdiz?

 

- Son olaraq onu deyə bilərəm ki, istəklərin çoxluğunun bəhrəsi olan bu konserti qaçırmayın. Uzun zamandır ki, komanda olaraq bu konsertə hazırlaşırıq və çox möhtəşəm olacağına söz veririk. Çıxdığı hər səhnənin haqqını verməyi bacaran Ebru Gündəş bu prinsipindən bizim səhnədə də yan keçməyəcək.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu ərazilərdə qaz olmayacaq
08:52 27.07.2026
Bu ərazilərdə qaz olmayacaq
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:40 27.07.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
İranda Xamenei ilə bağlı diqqətçəkən iddia: Heç kimlə əlaqə saxlamır
06:54 27.07.2026
İranda Xamenei ilə bağlı diqqətçəkən iddia: Heç kimlə əlaqə saxlamır
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
05:38 27.07.2026
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır