Litvada həyəcan siqnalı elan olundu: Qırıcılar səmaya qaldırıldı

Litvada həyəcan siqnalı elan olundu: Qırıcılar səmaya qaldırıldı
DÜNYA
15:51 13.09.2026
141
Litvada pilotsuz uçuş aparatının (PUA) aşkarlanması ehtimalı ilə əlaqədar hava həyəcanı siqnalı elan olunub. Vilnüs aeroportunda uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Ehtimal olunan hava təhlükəsi paytaxt Vilnüs, Trakay, Elektrenay şəhərlərində elan edilib. Sakinlərin mobil telefonlarına göndərilən bildirişlərdə "sarı" təhlükə səviyyəsinin müəyyən edildiyi bildirilib.

Bu, hücumun ehtimal olunduğunu, lakin hələ başlamadığını bildirir. Litva ordusu əhalini əvvəlcədən ən yaxın sığınacaqları və ya təhlükəsiz məkanları müəyyənləşdirməyə çağırıb. Səmaya NATO qırıcıları qaldırılıb.

Bir qədər sonra həyəcan siqnalı ləğv edilib.
 
//oxu.az
OXŞAR XƏBƏRLƏR