İngiltərənin "Liverpul" klubu fransalı futbolçu Bredli Barkolanın transferi üçün PSJ ilə anlaşıb. Mersisayd təmsilçisi 23 yaşlı vingerə görə 117+22 milyon avro ödəyəcək. Xatırladaq ki, Fransa millisinin üzvü 2023-cü ildən PSJ-də çıxış edir.