"Liverpul"un 100 milyon avroluq təklifi rədd edildi

İDMAN
20:10 24.07.2021
1727
"Yuventus" futbolçusu Federika Kyezanı klubda saxlamaqda israrlıdır.

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, italiyalı oyunçu ilə yolları ayırmğı planlaşdırmayan Turin təmsilçisi 23 yaşlı hücumçu üçün "Liverpul"un göndərdiyi 100 milyon avroluq təklifi rədd edib.

Bildirilib ki, "Yuventus"un yeni baş məşqçisi Massimiliano Alleqri klub prezidenti Andrea Anyellidən Kyezaya görə göndəriləcək təkliflərin müsbət cavablandırılmamasını xahiş edib.

Xatırladaq ki, bundan əvəvl klub "Mançester Yunayted" və "Bavariya"nın 80 milyon avroluq təkliflərini rədd etmişdi.

OXŞAR XƏBƏRLƏR