Lökbatandakı dəhşətli qəzanın səbəbkarı olan sürücü ilə bağlı yeni xəbər var

Lökbatandakı dəhşətli qəzanın səbəbkarı olan sürücü ilə bağlı yeni xəbər var
Bütün Xəbərlər
14:13 03.09.2012
2943

Bir neçə gün əvvəl Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verən dəhşətli qəzanı törədən sürücünün sürücülük vəsiqəsi olub.

Bu gün (sentyabrın 3-də)Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov qəzetimizə açıqlamasında belə deyib: “Qəzanı törədən sürücü Ağayev Fərid Ağamir oğlunun sürücülük vəsiqəsinin olmamasi ilə bağli yayılan xəbərlər həqiqəti əks etdirmir”. Xidmət rəhbəri yaxın saatlarda 6 nəfərin ölümü, 47 nəfərin ağır yaralanması ilə nəticələnən qəza ilə bağlı ictimaiyyətə əlavə məlumatların veriləcəyini də söyləyib. Xatırladaq ki, avqustun 31-də Ağstafadan Bakıya gələn qatar Qaradağ rayonu, Lökbatabn qəsəbəsində dəmir yol keçidindən keçərkən qarşısına çıxan sərnişin avtobusunu vurub. Avtobus nəqliyyat naziri Ziya Məmmədovun ailəsinə məxsus “ZQAN” holdinqə daxil olan “Transqeyt” şirkətinindir. Qəza ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanıb. Azərbaycan Dəmir Yolunun Heybət-Buta mənzilinin keçid növbətçisi İsmayılov Eyyub Məhəmməd oğlu Cinayət Məcəlləsinin 262.3-cü maddəsi, “Daewoo” markalı sərnişin avtobusunun sürücüsü Ağayev Fərid Ağamir oğlu isə həmin məcəllənin 263.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulublar. İş üzrə istintaq davam etdirilir.

OXŞAR XƏBƏRLƏR