Ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək, Bakıda sulu qar yağacaq

Ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək, Bakıda sulu qar yağacaq
Bütün Xəbərlər
17:24 02.12.2013
1241

Meteoroloqlar respublika ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq ediblər.

AZXEBER.COM-un Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günün birinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, günün ikinci yarısından başlayaraq hava şəraitinin dəyişiləcəyi, gündüz güclü şimal-qərb küləyinin axşama doğru şiddətlənəcəyi gözlənilir.Hava şəraitinin axşam yağıntılı olacağı, gecəyə doğru bəzi ərazilərdə yağışın sulu qarla qarışıq yağması ehtimalı var.Havanın temperaturunun gecə 6-9, günün birinci yarısında 10-12, axşama doğru 2-4 dərəcəyədək isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında dekabrın 3-də hava şəraitinin səhər qərb rayonlarından başlayaraq yağıntılı olacağı, axşam sulu qara keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimal olunur. Şimal-qərb küləyinin ayrı-ayrı rayonlarda güclü olacağı gözlənilir.Havanın temperaturunun gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.Tibbi-meteoroloji proqnoza görə, dekabrın 3-də hava şəraitinin təzadlı dəyişiləcəyi, temperatur rejiminin kəskin aşağı enməsi, şimal küləyinin şiddətlənməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

OXŞAR XƏBƏRLƏR